DOI: https://doi.org/10.36719/2789-6919/34/37-41

Aydan Məmmədova

Azərbaycan Memarlıq və İnşaat Universiteti 

magistrant

aydanmemmedova494@gmail.com


ROBOT TOZSORANLARIN ESTETİK DİZAYN HƏLLİ


Xülasə

Müasir zamanda müxtəlif məişət işlərini yerinə yetirən bir çox məhsul istehsal olunur. Bu tip avadanlıqların içərisində robot tozsoranlar özünəməxsus yer tutur. Təqdim edilmiş məqalədə robot tozsoranların estetik dizaynı problemləri müzakirə edilir. Robot tozsoranların, ümumiyyətlə məişətdə xidmət edəcəyi planlaşdırılan robotun dizaynı xüsusi diqqətlə yanaşma tələb edir. Sənaye robotundan fərqli olaraq məişətdə istifadə olunan maşın, alət və ya robot tətbiq olunacağı mühitə uyğunlaşmalı, ətraf mühitlə bədii estetik uyğunluq təşkil etməlidir. Bundan başqa istifadəçilərin rahat və praktik istifadəsini təmin etməklə yanaşı, estetik və müasir görünüşlü olmalıdır. Nəticə olaraq qeyd etmək olar ki, müasir robot tozsoranlar daha çox minimalistik dizayn xüsusiyyətlərinə malikdir. Parlaq və hamar səthlər, dalğavari və hiss maneəsiz keçidlər, minimal işıq və rəng həlləri robot tozsoranların estetik dizaynını daha da cəlbedici edir. Məişət robotlarının dizaynı yerləşdiyi və xidmət göstərdiyi məkanlarda interyerlə ahəngdarlıq təşkil etməli, istifadəçinin məişət çətinliklərini həll etməkdə yaxın köməkçisi olmaqla yanaşı müasir məkanlarda dizayn predmeti kimi də özünə məxsus yerini tapmalıdır.

Açar sözlər: robot, süni intellekt, dizayn, robot tozsoran, minimalistik dizayn


Aydan Mammadova

Azerbaijan University of Architecture and Construction

Master student

aydanmemmedova494@gmail.com


Aesthetic design of robot vacuum cleaner


Abstract

In modern times, many products are produced that perform various household tasks. Inside this type of equipment, robotic vacuum cleaners occupy a unique place. The presented article discusses the problems of aesthetic design of robot vacuum cleaners. The design of robotic vacuum cleaners, usually a robot that is planned to serve in the household, requires a special careful approach. Unlike an industrial robot, a machine, tool, or robot used in the household must adapt to the environment in which it will be applied, and form an artistic aesthetic harmony with the environment. In addition, it should be aesthetic and modern in appearance, in addition to providing convenient and practical use for users. In conclusion, it can be noted that modern robotic vacuum cleaners have more minimalistic design features. Glossy and smooth surfaces, wavy and sensory barrier-free transitions, and minimal light and color solutions make the aesthetic design of robot vacuum cleaners even more attractive. Design of household robots location and service space 
Keywords: robot, artificial intelligence, design, robotic vacuum cleaner, minimalistic design
MƏQALƏNİ YÜKLƏ [510.03 Kb] (yüklənib: 25)

Baxış: 55
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail: info@aem.az