DOI: https://doi.org/10.36719/2789-6919/35/39-44

Fəqanə Əhmədova 

Azərbaycan Dövlət İqtisad Universiteti

faqana220580@gmail.com


TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ


Xülasə

STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM, yəni Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Arts (İncəsənət) və Mathematics (Riyaziyyat)  problem həll etmə, yaradıcı düşüncə, kollektiv işləmə bacarığı kimi praktiki bacarıqları öyrədir. Bu təhsil modeli, müasir cəmiyyətlərin tələblərinə cavab verir və sənaye sektorunda əmək qüvvəsinin daha hazır vəziyyətə gəlməsinə kömək edir. STEAM təhsili tələbələrə məsələlərə praktiki yanaşaraq təcrübələri əsaslandırmağı təşviq edən, yeni məlumatlar əldə etməklə yaradıcı həllər tapmağa kömək edir. STEAM təhsili, inkişaf etmiş ölkələrdə və böyük şəhərlərdə getdikcə artır. Bu təhsil modeli, sənaye sektorunda daha yüksək səviyyədə bilik və bacarığa sahib kadrların yetişdirilməsini təmin edir. Ayrıca, problem həll etmə, yaradıcılıq və kollektiv işləmə bacarıqlarının inkişaf etdirilməsi, tələbələrin müxtəlif sahələrdə müvafiq bacarıqları öyrənmələrini təmin edir.

STEAM təhsilində incəsənətin təsiri isə mühəndislik və texnologiya sahələrinin bir-birinə birləşdirilməsi ilə yaradıcı düşüncəni dəstəkləməsindədir. Bu, yenilikçi həllər tapmaqla peşəkar inkişafı dəstəkləyir. Bu təhsil modeli, müxtəlif sahələrdə təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təqdim edir. İllər keçdikcə, bir çox universitet və kolleclər STEAM prinsiplərinə və metodlarına diqqət yetirirlər və onları öz proqramlarına inteqrasiya edirlər.

Universitetlərdə STEAM təhsili, elmi tədqiqatlar üçün uyğun bir mühit yaradır və tələbələrin praktiki təcrübə qazanmalarını təmin edir. STEAM proqramları, mühəndislik laboratoriyaları, texniki avadanlıqlar və müxtəlif sahələrdə iş təcrübəsi imkanları təklif edərək tələbələrin bacarıqlarını inkişaf etdirməyə kömək edir. STEAM təhsili universitet səviyyəsində müxtəlif dərəcələr və proqramlar altında təklif olunur. Mühəndislik, elmlər, riyaziyyat, informasiya texnologiyaları, incəsənət və digər sahələrdə proqramlar mövcuddur. Buna görə də tələbələr, öz maraqlarına uyğun olaraq, bu sahələrdə təhsil ala bilirlər. Universitetlər STEAM təhsili üzrə interdisiplinar proqramlar və fərdiləşdirilmiş diplom proqramları təklif edə bilirlər. Bu proqramlar, tələbələrə müxtəlif sahələrdə ətraflı təhsil almağı təmin edir və onları müasir iş dünyasında və ya akademik mühitdə müvəffəqiyyətlər əldə etməyə hazırlayır.

STEAM yanaşmasından istifadə etməklə ekoloji anlayışlar da öyrədilə bilər. Ona görə ki, ekologiya elmi transdissiplinar bir elmdir, müxtəlif digər anlayışlarla inteqrasiya olunur və müxtəlif ekoloji anlayışları, əlaqəli digər konsepsiyaları birləşdirərək çoxlu tədqiqatlar aparıla bilər. STEAM təhsili ekoloji öyrənməni inteqrasiya etməyə imkan verir

Açar sözlər: yeni təhsil modeli, yaradıcılıq, kollektiv iştirak, inteqrasiya, konsepsiya


Fagana Ahmadova 

Azerbaijan State Economic University

fagana220580@gmail.com


STEAM model based on the principle of sustainability and sustainable development in education


Abstract

STEAM education refers to the integration of education in the fields of science, technology, engineering, arts and mathematics. This educational model was created to teach the skills required in today's world. STEAM (Science, Technology, Engineering, Arts and Mathematics) teaches practical skills such as problem solving, creative thinking and teamwork. This educational model meets the demands of modern societies and helps to prepare the labor force in the industrial sector.

STEAM education helps students find creative solutions by acquiring new information, encouraging them to apply practical approaches to problems and justify experiences. STEAM education is growing in developed countries and big cities. This educational model ensures training of personnel with higher level of knowledge and skills in the industrial sector. Also, the development of problem solving, creativity and teamwork skills ensures that students learn relevant skills in various fields.

The impact of the arts in STEAM education is to support creative thinking by connecting the fields of engineering and technology. It supports professional development by finding innovative solutions. This educational model offers a wide range of opportunities for students who want to study in various fields. Over the years, many universities and colleges have focused on STEAM principles and methods and integrated them into their programs.

STEAM education in universities creates a suitable environment for scientific research and provides students with practical experience. STEAM programs help develop students' skills by offering engineering labs, technical equipment, and work experience opportunities in a variety of fields. STEAM education is offered at the university level under a variety of degrees and programs. Programs are available in engineering, sciences, mathematics, information technology, arts and other fields. Therefore, students can study in these fields according to their interests. Universities can offer interdisciplinary programs and customized degree programs in STEAM education. These programs provide students with an in-depth education in a variety of fields and prepare them for success in today's business world or academic environment.

Environmental concepts can also be taught using the STEAM approach. Because ecological science is a transdisciplinary science, it is integrated with various other concepts, and many studies can be conducted by combining various ecological concepts and other related concepts. STEAM education allows for the integration of environmental learning.

Keywords: new educational model, creativity, collective participation, integration, concept

MƏQALƏNİ YÜKLƏ [479.81 Kb] (yüklənib: 28)


Baxış: 63
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail: info@aem.az