DOI: https://doi.org/10.36719/2789-6919/35/78-85
Tahir Məmmədov
Gəncə Dövlət Universiteti
riyaziyyat üzrə fəlsəfə doktoru
tahir-memmedov@gmail.com
Elçin Cavadov
Gəncə Dövlət Universiteti
texnika üzrə fəlsəfə doktoru
elcin.55@bk.ru
Gülçimən Əhədova
Gəncə Dövlət Universiteti
texnika üzrə fəlsəfə doktoru
gulcemenehedova@gmail.com
BƏRK CİSİMLƏ ÇEVİK SAPIN TOQQUŞMASI VƏ
BU PROSESİN RİYAZİ MODELLƏŞMƏSİ
Xülasə
Müasir sənayenin müxtəlif sahələrində elastiklikdən əlavə özlülük xüsusiyyətlərinə malik olan materiallardan da istifadə olunur. Buna görə də bu materialların, liflər şəklində, verilən formalı cisim ilə zərbə vurulduğu zaman fiziki vəziyyətinin təyin olunmasına ehtiyac yaranır.
Təqdim olunan məqalə bu məsələlərdən birinə həsr olunur, yəni çevik özlüelastik (Maksvel tipli) sapın bərk paz və ön hissəsi müstəvi şəkilli pazla normal, sabit sürətli zərbə zamanı özünü necə aparması tədqiq olunur. Bütün hallarda sap zərbə endirən cismin səthinə söykənir.
Məqalədə çevik sapa eninə zərbə nəzəriyyəsindən lazımi məlumatlar verilir. Burada sapın kəskin kəsilmə cəbhəsinin önündə və arxasında hərəkət tənlikləri də verilmişdir. Kəskin zərbə dalğasına, sapın qırılmasına və zərbə nöqtəsinə qoyulan şərtlər müəyyən olunmuşdur.
Eyni zamanda məqalə xətti, özlüelastik (Maksvel tipli) sapa pazla normal zərbə məsələlərinə və səs sürətindən böyük, eləcə də kiçik rejimlərdə sapın qırılmasına və ondan sonrakı hallarda sapın vəziyyətinə həsr olunmuşdur. Bu cür məsələlərin həlli dalğa mexanikasının inkişafından əlavə, müxtəlif mühəndis problemlərinin həllində, müxtəlif texnoloji məsələlərin həllində də istifadə oluna bilər.
Açar sözlər: çevik sap, eninə zərbə, səs sürətindən böyük rejim, səs sürətindən kiçik rejim, paz, özlüelastik sap, əyilmə nöqtəsi, simmetrik paz
Tahir Mammadov
Ganja State University
Ph.D in mathematics
tahir.memmedov@gmail.com
Elchin Javadov
Ganja State University
doctor of philosophy in technique
elcin.55@bk.ru
Gulchimen Axadova
Ganja State University
doctor of philosophy in technique
gulcemenehedova@gmail.com
Cross bloro of solid body with fbexible thred and
mathematical modelling of this process
Abstract
Studying behavior of flexible construction elements in the form of fibers under the influence of the impact load is of great urgency for the solution of many questions in civil and military industry.
In many fields of modern industry, materials having elastic as well as viscous properties are used. Hence, there is a necessity to define physical conditions of these materials in the form of fibers at a blow on it with a body of a specified form. The given thesis is dedicated to one of such questions, i.e. there is studied a behavior of a viscous-elastic fiber (Maxwell's model) at a normal blow on it with a rigid wedge and a wedge with a flat front part and constant velocity.
In all problems, it is accepted that a flexure part of the fiber clings the surface of the striking body.
Necessary information from the theory of transverse impact on torsion fibers is given. Herein all equations of the fiber movement within, behind and in front of the strong discontinuity wave are deduced, and the conditions on the strong discontinuity wave, the conditions of fiber break and the conditions in the point of blow are given.
Dedicated to the problems of a normal blow with a wedge on a linear viscous-elastic fiber (Maxwell's model). The problems are solved at supersonic and subsonic regimes of movement, before and after the fiber break.
Keywords: wedge, break, flexible, thread, cross floro, supersonic