https://doi.org/10.36719/2789-6919/36/38-43

Qumru Balaxanova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

19_bq_91@mail.ru


Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi


Xülasə

Aparılan tədqiqatlardan aydın olmuşdur ki, Trichoderma cinsinə aid göbələklərin bioloji aktivliyi torpaq tipindən, hidrotermiki rejimdən və həmin biotopa xas olan mikobiotanın tərkibindən asılıdır və konkret şəraitdə həmin yerdən ayrılan ştammın istifadəsi daha effektli olur. Bunu nəzərə alaraq tədqiqatların gedişində Trichoderma cinsinə aid göbələk növlərinin antoqonist xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğun hesab edilmişdir. Tədqiqatların sonrakı mərhələsində Trichoderma cinsinə aid olan göbələklərin boy maddəsi sintez edib etməməsi ilə bağlı olmuşdur.

Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bu göbələklər təbii parçalanma və bioremediasiya agentidir. Son işlərin nəticəsində Trichodermanın pestisidləri və herbisidləri təhlükəsizləşdirən qabiliyyəti aşkar edilmişdir. Bu xüsusi qabiliyyət kənd təsərrüfatı sənayesinə çirklənmə ilə bağlı məsələlərin öhdəsindən gəlmək üçün üstünlük verir.

Bütün bunlar göstərir ki, Trichoderma bitki böyüməsini stimullaşdıran, bitki xəstəliklərinin bioloji nəzarət, təbii parçalanma agentidir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Trichoderma cinsinə aid olan göbələklərin yüksək antoqonistlik aktivliyə malik olan növləri eyni zamanda antibiotik aktivliyə malik birləşmələrdə sintez edə bilir ki, onlardan da T.asperellum və T.harzianum kimi növünə aid ştamların sintez etdikləri güclü antimikrob aktivliyə malikdir.

Açar sözlər: Trichoderma, mikroorqanizmlər, torpaqəmələgəlmə, ekosistem, göbələklər


Gumru Balakhanova 

Azerbaijan State Pedagogical University 

19_bq_91@mail.ru


Evaluation of antagonist properties of fungus species belonging to the genus trichoderma


Abstract

It was clear from the researches that the biological activity of Trichoderma fungi depends on the type of soil, hydrothermal regime and the composition of the mycobiota specific to that biotope, and the use of the strain isolated from that place is more effective in specific conditions. Considering this, in the course of the research, it was considered appropriate to evaluate the antagonistic properties of the fungi of the Trichoderma genus. At the next stage of the research, it was related to whether the fungi belonging to the genus Trichoderma synthesize the growth substance.

As a result of research, it has been proven that these mushrooms are natural decomposition and bioremediation agents. As a result of recent studies, the ability of Trichoderma to protect pesticides and herbicides has been revealed. This special ability gives the agricultural industry an advantage in dealing with pollution issues.

All this shows that Trichoderma is a plant growth stimulant, biological control of plant diseases, natural decomposition agent. As a result of research it was determined that the species of fungi 


 

belonging to the genus Trichoderma with high antagonistic activity can synthesize compounds with antibiotic activity, of which strains belonging to the genus T. asperellum and T. harzianum have strong antimicrobial activity.

Keywords: Trichoderma, microorganisms, soil fertility, ecosystem, fungi

MƏQALƏNİ YÜKLƏ [689.94 Kb] (yüklənib: 25)


Baxış: 113
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az