https://doi.org/10.36719/2789-6919/38/41-44

Könül Xudazadə  

Azərbaycan Dövlət Pedaqoji Universiteti

konul.xuda-zada@adpu.edu.az

Gələcək müəllimlərin peşə hazırlığına verilən psixoloji tələblər


Xülasə

Məqalədə müəllim hazırlığının psixo-pedaqoji məsələləri və bu mövzuda aparılan tədqiqatlar diqqətə alınır. Müəllim hazırlığı prosesində yaranan çətinliklər bir sıra amillərlə bağlıdır. Bu amillər arasında müxtəlif ölkələrin təhsil sistemləri arasındakı fərqlər, tədris prinsipləri və metodlarının fərqli şəkildə tətbiqi, eləcə də müəllim hazırlığına dair müxtəlif konseptual modellərin mövcudluğu göstərilə bilər. Müxtəlif təhsil sistemlərinə uyğun olaraq müəllim hazırlığı modellərinin mexaniki şəkildə tətbiq olunmaması səbəbindən bu sahədə dərindən araşdırma aparılması zəruridir. Məqalədə tədqiqatlar məkan və işlənmə səviyyəsinə görə iki qrupda - yerli və xarici tədqiqatlar kimi qrup­laşdırılır. Bu tədqiqatlar göstərir ki, müəllim hazırlığına yanaşmalar əsasən müəllim şəxsiyyətinə qoyulan tələblər, pedaqoji fəaliyyətin psixoloji aspektləri və müəllim hazırlığının ümumi məsələləri əsasında həll edilir. Belə bir qənaətə gəlinir ki, daimi və konstruktiv özünü­qiymət­lən­dirmə meyli müə­llimin yetkin pedaqoji fəaliyy­ətini səciyyələndirir. O, müəllimin əməyinin mahiyyətini təyin edir. Əgər insan özü-özünü başa düşə bilmirsə, o, digər insanın motivlərini və hisslərini başa düşməyə qadir deyildir. Buna görə də pedaqoji özünütəhlil, özünüadekvat qiymətləndirmə müəllim hazırlığında və pedaqoji fəaliyyətində daha vacibdir.

Açar sözlər: şəxsiyyət, müəllim, peşə, psixoloji, tələblər


Konul Khudazade

Azerbaijan State Pedagogical University

konul.khuda-zada@adpu.edu.az

Psychological Requirements for Professional Training of Future Teachers

Abstract

The article focuses on the psychopedagogical issues of teacher preparation and the research conducted in this area. The difficulties arising in teacher preparation stem from several reasons. These reasons include significant differences in education systems across various countries, the differing application of teaching principles and methods, and the existence of various conceptual models for teacher preparation. Since the models of teacher preparation cannot be mechanically applied to different education systems, serious investigation into the issues of teacher preparation is required. The research presented in the article is classified into two categories based on the spatial principle and level of development: studies conducted in our country and those conducted in foreign countries. The research shows that approaches to teacher preparation are primarily addressed in the context of the requirements placed on the teacher's personality, the psychological aspects of pedagogical activity, and the overall issues of teacher preparation.

Keywords: personality, teacher, profession, psychological, requirements

MƏQALƏNİ YÜKLƏ [660.55 Kb] (yüklənib: 20)


Baxış: 46
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az