DOI: https://doi.org/10.36719/XXXX-XXXX/1/34-40
Azərbaycan Dillər Universiteti
aynurmurad@yahoo.com
Müasir ingilis dilində akronimlər və qısaltmalar
Xülasə
Dil istifadəçilərinin tələblərinə uyğun olaraq fasiləsiz şəkildə dəyişir və inkişaf edir. İngilis dilində bir çox anlayış çoxsözlü ifadələr və ya mürəkkəb sözlər vasitəsilə təqdim olunur; bu cür quruluşlar anlayışın əsas və yetərli xüsusiyyətlərini dəqiq və əhatəli şəkildə ifadə etməyə imkan yaradır. Lakin bəzi terminlərin uzun olması onların müxtəlif üsullarla qısaldılmasını zəruri edir.Müasir dövrdə dil istifadəsində diqqət çəkən əsas meyillərdən biri söz və ifadələrin qısaldılmasıdır. Dilçilikdə bu hadisə “qısaltma” prosesi kimi tanınır və həm şifahi, həm də yazılı ünsiyyətdə əhəmiyyətli yer tutur. İnsanlar vaxt itkisinin qarşısını almaq, ünsiyyəti daha səmərəli etmək və dili sosial media və mesajlaşma kimi yeni kommunikasiya mühitlərinə uyğunlaşdırmaq məqsədilə sözləri qısaldırlar. Qısaldılmış formalar adətən qeyri-rəsmi üslubla əlaqələndirilsə də, onlar akademik, peşəkar və texniki sahələrdə də geniş tətbiq olunur. İngilis dilində söz yaradıcılığı dilçilik baxımından mühüm və maraqlı tədqiqat sahələrindən biri hesab edilsə də, mürəkkəbliyi səbəbindən bu istiqamət bəzən mübahisəli kimi qiymətləndirilir.
Açar sözlər: qısaltma sözlər, ünsiyyət, leksik-semantik əlaqə, leksik vahid, şifahi və yazılı dil