DOI: https://doi.org/10.36719/XXXX-XXXX/1/5-16
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya elmləri doktoru
tayyarsalamoğlu@gmail.com
Səməd Vurğun şeirinin tarixiliyi və təkamül mərhələləri
Xülasə
Məqalədə S.Vurğunun yaradıcılığı tarixilik prinsipi ilə araşdırılır. Tarixilik S.Vurğun yaradıcılığının obyektiv mənzərəsini yaratmaq üşün əsas meyar hesab edilir. Müəllif bu fikirdədir ki, tarixilik prinsipi şairin yaradıcılıq yolunu dörd mərhələdə öyrənilməsini tələb edir. Bu mərhələ təsnifatı ilk dəfə təqdim edilir.
Birinci mərhələdə S.Vurğun şeirinin milli ədəbi ənənənin davamı kimi öyrənilməsi fikri əsaslandırılır. Şairin yaradıcılığının ikinci mərhələsi kimi proletkultçuluq illəri fərqləndirilir. Bu mərhələnin prinsipcə 1928-31-ci illəri cevrələdiyi önə çəkilir. 1932-1945-ci illəri üçüncü mərhələ kimi fərqləndirməyə imkan verən ictimai-siyasi hadisələtin mahiyyəti izah edilir. Şeirlərinin əsas ideya-estetik xüsusiyyətləri ümumiləşdirilir, mərhələyə məxsus əlamətdar cəhətlər üzərində dayanılır.
Məqalə müəllifi 46-cı il “Qərarları”ndan sonrakı illəri dördüncü və sənətkarın yaradıcılığının ən ziddiyyətli mərhələsi hesab edir.
Məqalədə mərhələdən mərhələyə keçidin səbəbləri izah edilir. Birinci mərhələdən fərqli mövqeyin ifadəsi olan proletkultçuluq illərində S.Vurğun şeiri əks idealların çarpışması kontekstində araşdırılır. Şairi romantik inikas üsulundan imtinaya məcbur edən səbəblər üzərində dayanılır, “dialektik materialist” olmaq cəhdlərinin yaradıcılığına mənfi təsirləri izah edilir.
Rejimin ədəbiyyat siyasətindəki nisbi loyallaşma ilə bağlı olaraq üçüncü mərhələdə S.Vurğun şeirində əsaslı keyfiyyət dəyişmələrinin baş verməsi önə çəkilir. Tarixi mövzulara, folklor yaddaşına ardıcıl müraciətləri şairin yaradıcılığında milliliyin forma dairəsindən çıxıb, ideya-məzmun konteksində yer almasını şərtləndirən amillər kimi şərh edilir.
Mərhələlərin ideya-estetik xüsusiyyətləri müqayisəlı şəkildə araşdırılır və S.Vurğun şeirində iki xətt- milli və siyasi-ideoloji xətt fərqləndirilir. Bu fərqləri şərtləndirən içtimai-siyasi amillərin şairin yaradıcılığındakı izləri ümumiləşdirilir.
Müqavimət tendensiyasının estetik ifadəsi məsələsi üzərində dayanılır. Bu estetik “Aygün”də və “Komsomol poeması”nın son variantında sosrealizmə ifadə sovet dövrü ədəbiyyatımızda yeni keyfiyyət mərhələsinin ərəfəsi kimi dəyərləndirilir.
Açar sözlər: mərhələ, qərar, proletkultçuluq, poetik təfəkkür, romahtik, ədəbiyyatşünaslıq