DOI: https://doi.org/10.36719/2789-6919/16/23-27


 


Rəna Fəxrəddin qızı Nəzərova

Odlar Yurdu Universiteti

magistrant rana.nazarova99@gmail.com


 


MÜXTƏLİF DUZ KONSENTRASİYALARININ ECHERICHA COLI BAKTERİYASININ BÖYÜMƏSİ VƏ İNKİŞAFINA TƏSİRİ


Xülasə

Təqdim olunan məqalənin əsas məqsədi su mühitindən izolyasiya edilmiş E.Coli bakteriyasının böyümə və inkişafına duzluluğun (NaCl) təsirini müəyyənləşdirməkdir. Proses Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirliyinin “AzeLab” laboratoriyasında aparılmışdır. Təcrübə üçün 18-24 saatlıq yeni E.Coli koloniyalarından istifadə olunub. E.Coli bakteriyası NaCl- un müxtəlif konsentrasiyalarında becərilmişdir. Proses 24 saat müddətində və 370C temperaturda aparılmışdır. Təcrübənin gedişi zamanı müqayisə üçün 0% duzluluqda 24 saat müddətində yetişdirilən E.Coli kulturası, həmçinin tərkibində bu bakteriyaların yetişdirilmədiyi qidalı mühitdən istifadə edilmişdir. NaCl-un müxtəlif konsentrasiyalarında yetişdirilən E.coli bakteriyasının inkişaf və böyüməsi qidalı mühitlərin bulanıqları müqayisə edilərək müəyyənləşdirilmişdir.

Açar sözlər: E.Coli, NaCl, qidalı mühit, kultura, böyümə və inkişa, duzluluq


Rena Fakhraddin Nazarova

Odlar Yurdu University

master student

rana.nazarova99@gmail.com


Effect of different salt concentration on growth and development of Echericha coli bacteria


Abstract

The main goal of presented article is to determine effect of the salinity (NaCl) on growth and development of E.Coli bacteria who is isolated from the aquatic environment. In the “AzeLab” laboratory of the Ministry of Ecology and Natural Resources of the Republic of Azerbaijan. It was used new E.Coli colonies of 18-24 hours for experiment. E.Coli bacteria was cultivated in different concentrations of NaCl. Process was carried out for 24 hours and at a temperature of 370C. During the course of the experiment, for comparison, it was used the culture of E.Coli which was grown for 24 hours at 0% salinity, as well as it was used the nutrient medium in which these bacteria were not grown. The development and growth of E.Coli bacteria which it was grown in different concentrations of NaCl was determined by comparing the turbidities of nutrient media.

Keywords: E.Coli, NaCl, nutrient media, culture, growth and development


Baxış: 300