DOI: https://doi.org/10.36719/2789-6919/20/111-113

Aysun Badalova

Baku State University

master student

aysun.badaloova@gmail.com 


THE ADVANTAGES AND DISADVANTAGES OF MEDIATION PROCESS


Abstract

One of the alternative dispute resolutions is mediation. Mediation is a very practical and flexible method for resolving disputes. It has a special superiority when the parties have ongoing relations that must continue after the dispute is managed. Because the settlement agreement is by consent and none of the parties should have reason to feel they are the losers. Despite the fact that mediation provides the basis for the restoration of relations after a specific issue is resolved, it is actually a method that is not often used by disputing parties. So, the main purpose of researching the characteristic features of the mediation process as one of the alternative dispute resolutions is to show the advantages of this procedure and perspective of applying to a mediator for resolution of disputes without going to court. As well, besides all these positive aspects, showing the negative aspects of the mediation process that may arise in some cases.

Keywords: alternative dispute resolution, mediation session, mediator, independence, voluntary, confidentiality, advantage, disadvantage


Aysun Bədəlova

Bakı Dövlət Universiteti

magistrant

aysun.badaloova@gmail.com 


Mediasiya prosesinin müsbət və mənfi cəhətləri


Xülasə

Mübahisələrin alternativ həll yollarından biri də mediasiyadır. Mediasiya mübahisələrin həlli üçün çox praktiki və çevik üsuldur. Tərəflər arasında mübahisə həll edildikdən sonra münasibətlərin davam etməsində xüsusi üstünlüyə malikdir. Çünki barışıq sazişi razılıq əsasında bağlanır və tərəflərdən heç birinin özünü uduzmuş tərəf kimi hiss etməyə əsası olmur. Mediasiya prosesinin mübahisə həll edildikdən sonra münasibətlərin bərpası üçün zəmin yaratmasına baxmayaraq, mübahisə edən tərəflərin əksəriyyətən müraciət etmədiyi bir üsuldur. Odur ki, mübahisələrin alternativ həlli üsullarından biri kimi mediasiya prosesinin xarakterik xüsusiyyətlərinin araşdırılmasında əsas məqsəd bu prosedurun üstünlüklərini və mübahisələrin məhkəməyə getmədən həlli üçün mediatora müraciət etməyin perspektivini göstərməkdir. Eləcə də, bütün müsbət cəhətlərlə yanaşı, mediasiya prosesinin bəzi hallarda yarana biləcək mənfi cəhətlərini də göstərmək lazımdır.

Açar sözlər: mübahisələrin alternativ həlli, mediasiya sessiyası, mediator, müstəqillik, könüllülük, konfidensiallıq, müsbət cəhət, mənfi cəhət


Baxış: 275