DOI: https://doi.org/10.36719/2789-6919/20/156-158

Aysun Badalova

Baku State University

master student

aysun.badaloova@gmail.com 


THE ESSENCE OF THE SETTLEMENT AGREEMENT CONCLUDED

IN THE MEDIATION PROCESS


Abstract

If the parties reach a consent as a result of the mediation process, a settlement agreement is signed. A settlement agreement is an indication of the dispute resolution. The requirements of the legislation should be followed when drafting this agreement, which is concluded through the helping of a mediator. In addition to the rules for concluding a settlement agreement, attention should also be paid to its implementation procedure. Because sometimes in practice, despite the fact that the agreement was concluded based on the consent of both parties, there are cases of refusal to implement it. Therefore, since it is one of the actual issues, in this researching, the nature of the settlement agreement concluded as a result of the mediation process, what powers the agreement gives to the parties and what obligations it imposes have been determined. In addition, what rules should be followed when the agreement is concluded and the implementation stage of the agreement after the conclusion was also touched up on. 

Keywords: mediation session, mediator, settlement agreement, implementation, voluntary


Aysun Bədəlova

Bakı Dövlət Universiteti

magistrant

aysun.badaloova@gmail.com 


Mediasiya prosesində bağlanan barışıq sazişinin əhəmiyyəti


Xülasə

Mediasiya prosesi nəticəsində tərəflər razılığa gəldikləri təqdirdə barışıq sazişi imzalanır. Barışıq sazişi mübahisənin həll edilməsinin göstəricisidir. Mediatorun vasitəçiliyi ilə bağlanan bu razılıq tərtib olunan zaman qanunvericiliyin tələblərinə riayət olunmalıdır. Barışıq sazişininin bağlanma qaydaları ilə yanaşı, onun icra proseduruna da diqqət yetirilməlidir. Çünki bəzən praktikada sazişin hər iki tərəfin razılığına əsasən bağlanmasına baxmayaraq, onun icrasından boyun qaçırma hallarına rast gəlinir. Odur ki, aktual məsələlərdən olduğu üçün bu araşdırmada mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin xarakteri, müqavilənin tərəflərə hansı səlahiyyətləri verdiyi və üzərlərinə hansı öhdəliklər qoyduğu müəyyən edilmişdir. Bununla yanaşı, saziş bağlanan zaman hansı qaydalara əməl edilməli və bağlandıqdan sonra razılaşmanın icrası mərhələsinə də toxunulmuşdur.

Açar sözlər: mediasiya sessiyası, mediator, barışıq sazişi, icra, könüllük


Baxış: 275