DOI: https://doi.org/10.36719/2789-6919/20/159-163

Rövzə Şaməmmədli

Bakı Dövlət Universiteti

magistrant

rovzash@gmail.com


MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARININ

HÜQUQİ BAZASININ TƏHLİLİ


Xülasə

XXI əsrin əvvəllərindən informasiya kommunukasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən biridir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. İKT-nin tətbiqinin mühüm istiqamətlərindən biri hüquqi-inzibati tənzimləmənin qanunvericilik əsaslarının yaradılmasıdır. İnformasiya qanunvericiliyi, informasiyanın istehsalı, istifadəsi və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində qanun, normativ aktların və digər hüquqi nizamlama sənədlərinin məcmusundan ibarətdir. İnformasiya texnologiyalarının geniş tətbiqinin həm mənfi, həm də müsbət xüsusiyyətləri müşahidə edilir. Yeni texnoloji nailiyyətlər informasiya hüququ sahəsinin predmetini genişləndirmiş, informasiya texnologiyaları sahəsində normativ-hüquqi bazasının öyrənilməsini vacib etmişdir. Məqalədə informasiya texnologiyalarının beynəlxalq və milli səviyyələrdə mövcud normativ-hüquqi bazası araşdırılır. 

Açar sözlər: informasiya texnologiyaları, qanun, hüquqi baza, idarəetmə, inkişaf


Rovza Shamammadli

Baku State University

master student

rovzash@gmail.com


Analysis of the legal basis of modern information technologies


Abstract

From the beginning of the 21st century, information communication technologies and the economy are one of the influencing factors. The application of information and communication technologies is one of the main mechanisms for the development of every high-level intellectual and scientific potential, public administration and democracy. One of the important directions of the application of ICT is the creation of legislative bases of legal-administrative regulation. Information legislation consists of a set of laws, normative acts and other legal regulatory documents in the field of information production, use and application of information and communication technologies. Both negative and positive features of the wide application of information technologies are observed. New technological achievements have expanded the subject of the field of information law and made it important to study the normative-legal basis in the field of information technologies.

The article examines the existing normative-legal basis of information technologies at the international and national levels.

Keywords: information technology, law, legal framework, management, development


Baxış: 312