DOI: https://doi.org/10.36719/2789-6919/24/10-14

Məhbubə Qulubəyova

Azərbaycan Dövlət Aqrar Universiteti

almazqulubeyli@gmail.com

Aytən Nağıyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

ayten.nagiyeva1@icloud.com


YEMLƏNDİRMƏNİN DOVŞANLARIN ƏT MƏHSULDARLIĞINA TƏSİRİ


Xülasə

Tədqiqat işinin məqsədi dovşanların yemləndirilməsinin ət məhsuldarlığına təsirini öyrənməkdir. Dovşan orqanizminin normal fəaliyyəti və inkişafı, xəstəliklərə davamlı və məhsuldar olması dovşanların düzgün yemləndirilməsindən və bəslənilməsindən asılıdır. Apardığımız tədqiqat işindən aydın oldu ki, dovşanlarda ət məhsuldarlığı canlı kütlədən asılıdır. Çünki kütlə yaşla əlaqədar olaraq dəyişilir. Tədqiqat işi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “ Dovşançılıq” təsərrüfatında, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin “Vivarium”unda, “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi” kafedrasının laboratoriyasında  aparılmışdır. Dovşanlar yüksək köklük dərəcəsində olmalıdır. Lakin onların piylənməsinə yol verilməməlidir. Apardığımız tədqiqatlara görə, dovşanın əti dadına, keyfiyyətinə və tərkibinə görə quş və dana ətinə yaxındır.

Açar sözlər: dovşan, yemləmə, ət, canlı kütlə, cəmdəyin çəkisi, kəsim çıxarı, məhsuldarlıq


Mahbuba Gulubayova

Azerbaijan State Agrarian University

almazqulubeyli@gmail.com

Ayten Naghiyeva

Azerbaijan State Agrarian University

ayten.nagiyeva1@icloud.com


Influencing of the feeding to the meat productivity of the rabbits


Abstract

The aim of the investigation work is learning of the feeding to the meat productivity of the rabbits. The normal development of the organism of the rabbits depends on the right feeding and breeding ways of them. Due to our investigation work it turned out that the meat productivity of the rabbits depends on its alive weight. Because, the alive weight changes due to the age.  The investigation work was held in the farm of “Rabbit-breeding” of the Institute Scientific and Searching of Cattle-breeding, in Azerbaijan State Agrarian University's    faculty of the “Veterinary medicine” in the “Vivarium” and also in the laboratory of the department  “Breeding and feeding of the agricultural animals”. The alive weight of the rabbits must be very high. But, they mustn't  be very fattened. Due to our investigation work it turned out that the rabbits' meat is very close to its taste, quality and structure to the bird and veal meat. 

Keywords: rabbit, feeding, meat, alive weight, weight of the carrion, cutting outlay, productivity 



Baxış: 253