DOI: https://doi.org/10.36719/2789-6919/24/18-22

Rəminə Hüseynova   

Azərbaycan Dövlət Aqrar Universiteti

remine.huseynova@mail.ru

Rahilə Fərmanlı 

Azərbaycan Dövlət Aqrar Universiteti

rahilefermanli14@gmail.com


GƏNCƏ-QAZAX ZONASINDA CÜCƏLƏR ARASINDA ƏN ÇOX BAŞ VERƏN XƏSTƏLİKLƏR VƏ ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ


Xülasə

Tədqiqat işinin məqsədi Gəncə-Qazax zonasının fermer təsərrüfatlarında cücələr arasında ən çox baş verən xəstəliklər (yoluxan və yoluxmayan)  və onlara qarşı mübarizə tədbirlərini öyrənməkdir. Tədqiqat işi Şəmkir rayonunda yerləşən müxtəlif fermer təsərrüfatlarında, ADAU-nun Baytarlıq təbabəti fakültəsinin “Baytarlıq klinikası”nda aparılmışdır. Xəstəliklərin qarşısının alınmasında və quş xəstəliklərinin müalicəsində ən müasir məlumatları bilməliyik. Gəlirli quşçuluq sənayesinin inkişafı üçün hər bir xəstəliyin xarakteristikasını bilmək zəruridir və bu da öz növbəsində xəstəliklərə qarşı effektiv baryer yaratmaqda birinci addımdır. Quşçuluğun sənaye texnologiyasına keçməsi ilə əlaqədar olaraq yoluxmayan və yoluxan xəstəliklərin profilaktikasında bir sıra yeni problemlər meydana çıxmışdır. İntensiv saxlama metodları şəraitində məhdud ərazidə çox sayda quşların yerləşdirilməsi, ənənəvi yemləmənin daha intensiv forma ilə əvəz edilməsi, hipodinamiya, gün şüalarının az olması və başqa faktorlar müxtəlif xəstəliklərin baş verməsinə səbəb olurlar.

Açar sözlər: cücə, xəstəlik, pasterelyoz, konyuktivit, sinqamoz, kliniki əlamətlər, patoloji anatomiya, diaqnoz, müalicə, mübarizə tədbirləri


Ramina Huseynova

Azerbaijan State Agrarian University

remine.huseynova@mail.ru

Rahila Farmanli

Azerbaijan State Agrarian University

rahilefermanli14@gmail.com


The most common diseases among chickens in the Ganga-Gazakh zones and 

measures to control them


Abstract

The purpose of the research work is to study the most common diseases (infectious and non-infectious) among chickens in farms of Ganja-Gazakh zones and measures to combat them. The research work was carried out in various farms located in Shamkir region, in the "Veterinary Clinic" of the Faculty of "Veterinary Medicine" of ADAU. We must know the most up-to-date information on disease prevention and treatment of bird diseases. Knowing the characteristics of each disease is essential for the development of a profitable poultry industry, and this in turn is the first step in creating an effective barrier against diseases. Placement of a large number of birds in a limited area under the conditions of intensive storage methods, replacement of traditional feeding with a more intensive form, hypodynamia, lack of daylight and other factors cause the occurrence of various diseases.

Keywords: chick, disease, pastereliosis, conjunctivitis, syngamosis, clinical signs, pathological anatomy, diagnosis, treatment, control measures


Baxış: 327