DOI: https://doi.org/10.36719/2789-6919/31/139-144

Şəhla Əliyeva

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

shahlaaliyeva1969@gmail.com

Fatma Hüseynova

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

tibb üzrə fəlsəfə doktoru

huseynova01049@gmail.com


PARAZİTAR XƏSTƏLİKLƏRİN YENİ BİOMARKERLƏRİ VƏ ONLARIN İMMUNOMODULYATOR ƏHƏMİYYƏTİ


Xülasə

Ekzosomlar 1980-ci illərin əvvəllərində müşahidə olunmuşlar. Bütün eukariot və prokariot hüceyrələr ekzosom sekresiya edirlər, onlara orqanizmin bioloji mayelərində rast gəlinir və replikasiyaya qadir deyillər. 

Ekzosomların böyük təkamül və bioloji əhəmiyyəti vardır, çünki onlar hüceyrəarası kommunikasiyada, epigenetik, metabolik, immun, neyroendokrin və digər proseslərin idarə olunmasında iştirak edir.

Ekzosomlar hüceyrədən hüceyrəyə siqnal ötürülməsində vacib rol oynayır. Ekzosomal mikroRNT gen ekspressiyasını və məməlilərin hüceyrələrində zülal sintezini tənzimləyərək xəstəliyin potensial biomarkeri kimi çıxış edə bilirlər. MikroRNT (miR-122) leyşmanioz zamanı qaraciyər zədələnməsinin biomarkeridir. Qaraciyər üçün spesifik biokimyəvi markerlər yoxdursa, qan zülalında ekzosomal miR-122-in yüksək səviyyəsi qaraciyər xəstəliyi üçün göstərici sayıla bilər.

Açar sözlər: Leyşmaniya parazitləri, malyariya parazitləri, ekzosomlar, mikroRNT, sekresiya, vezikullar, biomarker


Shahla Aliyeva

Scientific Research Institute of Medical Prophilaxy named V.Akhundov 

PhD in biological sciences

shahlaaliyeva1969@gmail.com

Fatma Huseynova

Scientific Research Institute of Medical Prophilaxy named V.Akhundov 

PhD in medical sciences

huseynova01049@gmail.com


New biomarkers of parasitic diseases and their immunomodulating significance


Abstract

Exosomes were discovered in the early 1980s. All eukaryotic and prokaryotic cells secrete exosomes, which are found in body fluids and are incapable of replication. Exosomes have great evolutionary and biological significance. 

They are involved in intercellular communication, control of epigenetic, metabolic, immune, neuroendocrine and other processes. 

Exosomes play an important role in transmitting signals from cell to cell. Exosomal miRNAs can act as potential disease biomarkers by regulating gene expression and protein synthesis in mammalian cells. MicroRNA (miR-122) is a biomarker of liver damage in leishmaniasis. In the absence of liver-specific biochemical markers, high levels of exosomal miR-122 in blood proteins can be considered a sign of liver disease.

KeywordsLeishmania parasites, malaria parasites, exosomes, microRNA, secretion, vesicles, biomarker


Baxış: 319