DOI: https://doi.org/10.36719/2789-6919/32/81-85

Gunash Yusifgizi

Baku State University

master

yusifqizi2000@mail.ru


INTERNATIONAL JURISDICTION OF THE COURTS OF THE REPUBLIC OF AZERBAIJAN IN COMMERCIAL DISPUTES WITH FOREIGN ELEMENTS


Abstract

When citizens and legal entities of the Republic of Azerbaijan, foreign persons need judicial protection, they should first of all pay attention to the issues of jurisdiction and take into account the limits of the international jurisdiction of the courts of each state. The international jurisdiction of the courts is the relevance of disputes with foreign elements to the national courts of a specific state. If the national court of any state does not have international jurisdiction over the relevant case involving a foreign element, it cannot hear that case.

As mentioned above, determining which court is competent is of particular importance when commercial disputes arise between the parties. First of all, we should note that according to the Law "On Courts and Judges" and the Civil Procedure Code of the Republic of Azerbaijan, the commercial court, as a court of first instance, hears commercial disputes, i.e., cases related to the implementation of entrepreneurial activities.

Commercial courts of the Republic of Azerbaijan can hear disputes involving foreign persons only if they have international jurisdiction over those disputes. International powers, in turn, can be determined by the agreement of the parties, as well as by international agreements and national legislation. 

Keywordsforeign element, national regime,  international jurisduction, exclusive jurisduction, commercial courts

Günəş Yusifqızı

Bakı Dövlət Universiteti

magistrant

yusifqizi2000@mail.ru


Xarici elementli kommersiya mübahisələrində Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyətləri


Xülasə

Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, xarici şəxslər məhkəmə müdafiəsinə ehtiyac duyduqda ilk növbədə səlahiyyət məsələlərinə diqqət yetirməli və hər bir dövlətin məhkəmələrinin beynəlxalq səlahiyyətlərinin sərhədlərini nəzərə almalıdırlar. Məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici elementin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz.

Tərəflər arasında kommersiya mübahisələri yarandıqda da yuxarıda qeyd edildiyi kimi hansı məhkəmənin səlahiyyətli olmasının müəyyən edilməsi xüsusi önəm kəsb edir. İlk növbədə qeyd etməliyik ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə baxır.

Azərbaycan Respublikasının kommersiya məhkəmələri xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Beynəlxalq səlahiyyətlər isə öz növbəsində həm tərəflərin razılaşması ilə, həm də beynəlxalq müqavilələrlə və milli qanunvericiliklə müəyyən edilə bilər.

Açar sözlər: xarici element, milli rejim,  beynəlxalq səlahiyyət, müstəsna səlahiyyət, kommersiya məhkəmələri


Baxış: 190