DOI: https://doi.org/10.36719/2789-6919/32/104-108
Fərid Qəhrəmanov
Azərbaycan Dövlət İqtisad Universiteti
magistr
farid.gahrimanov@gmail.com
MÜASİR ŞƏRAİTDƏ MÜƏSSİSƏDƏ MALİYYƏ MENECMENTİNİN TƏŞKİLİ
Xülasə
Məqalədə əvvəlcə, maliyyə kateqoriyası pul münasibətləri sisteminin əsası kimi müəyyən edilmiş, maliyyə menecmenti sisteminin formalaşması xüsusiyyətləri və prinsipləri, eləcə də pul axınları maliyyə menecmentinin obyekti kimi xüsusiyyətləri araşdırılmışdır. Maliyyə menecmenti maliyyə nəzəriyyəsi və mühasibat uçotunun analitik bilikləri arasında əlaqələndici həlqə olmaqla, maliyyə təhlilinə, planlaşdırmaya, proqnozlaşdırma və daxili maliyyə nəzarətinə xas olan xüsusi üsullara malikdir. İdarəetmə sistemi kimi maliyyə menecmentinin maliyyə planlaşdırılması (büdcələşdirmə); maliyyə təşkilatı; nəzərdə tutulan maliyyə göstəricilərinə nail olunmasının motivasiyası; maliyyə nəzarəti (kontrollinq və ya idarəetmə uçotu) kimi funksiyaları mövcuddur.
Maliyyə menecmenti – müasir metodlardan istifadə edərək, şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsinə yönəldilmiş peşəkar fəaliyyət növüdür. Maliyyə menecmenti Azərbaycan iqtisadiyyatının mövcud şəraiti üçün xüsusi, prioritet əhəmiyyətə malik bütün müasir idarəetmə sisteminin əsas elementlərindən biri sayılır. Daha sonra, müəllif tərəfindən maliyyə menecmentinin təşkilinin mövcud vəziyyətinin təhlili aparılmışdır.
Açar sözlər: maliyyə menecmenti, maliyyə, pul axınları, maliyyə mexanizmi
Farid Kahramanov
Azerbaijan State University of Economics
master
farid.gahrimanov@gmail.com
Organization of financial management in the enterprise in modern conditions
Abstract
First, in the article, the financial category was defined as the basis of the system of monetary relations, the features and principles of the formation of the financial management system, as well as the characteristics of cash flows as an object of financial management were investigated. Financial management is the link between financial theory and the analytical knowledge of accounting, and has specific methods of financial analysis, planning, forecasting and internal financial control. Financial planning (budgeting) of financial management as a management system; financial institution; motivation to achieve the intended financial indicators; functions such as financial control (controlling or management accounting) are available.
Financial management is a type of professional activity aimed at managing the company's financial and economic activities using modern methods. Financial management is considered to be one of the main elements of the modern management system, which has a special, priority importance for the current conditions of the economy of Azerbaijan. Then, the author made an analysis of the current state of the organization of financial management.
Keywords: financial management, finance, cash flows, financial mechanism