DOI: https://doi.org/10.36719/2789-6919/32/131-137

Elməddin Hilallı 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

magistrant


elmeddinh005@gmail.com

                                                VƏTƏNDAŞLIĞIN ƏLDƏ EDİLMƏSİ ƏSASLARI


Xülasə

Müasir demokratik cəmiyyətdə vətəndaşlığın mahiyyətini vətəndaşla dövlət arasında hüquqi münasibət dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ölkənin siyasi sistemi və.s məsələlər təşkil edir.Vətəndaşlıq institutu hələ də formalaşmaqdadır və obyektiv səbəblərə görə çox dinamikdir. Vətəndaşlıq institutu iki sosial-hüquqi funksiyanı yerinə yetirir: insan hüquqlarının müdafiəsi vasitəsi və  dövlətin maraqlarını müdafiə edən institut kimi çıxış edir. Hər bir dövlət suverenlik prinsipini rəhbər tutaraq, öz funksiyalarının yerinə yetirilməsini təmin etmək üçün öz ərazisində yerləşən şəxsdən şəxs üçün müəyyən edilmiş davranış qaydalarına əməl etməyi və dövlətin həvalə etdiyi vəzifələri yerinə yetirməyi tələb edir. 

     Vətəndaşlıq sabit hüquqi əlaqədir, fərdi və kollektiv hüquq subyekti arasında ictimai davam edən mütləq hüquqi münasibətdir. Davamlı xarakter vətəndaşlıq doğulduğu andan yaranır və bir qayda olaraq bir insanın ölümü ilə dayandırılır.Vətəndaşlıq fərd doğulduğu andan yaransada, onun dəyişdirilməsi mümkündür. Filiasiya, naturalizasiya, optasiya, transfert vətəndaşlığın əldə edilməsi üsullarındandır. Filiasiya və naturalizasiya bu üsullar arasında daha geniş yayılmışdır. Filiasiya anadangəlmə vətəndaşlığın əldə edilməsini nəzərdə tutur. Naturalizasiya isə fərdin vətəndaşlıq əldə etmək istəyini göstərən hərəkətlərin həyata keçirilməsini əhatə edir.

Açar sözlər: vətəndaşlıq, vətəndaşlığın əldə edilmə əsasları, vətəndaşlıq haqqında qanun, filiasiya, naturalizasiya, konstitusiya


Elmaddin Hilalli

Academy of Public Administration under the President of the Republic of Azerbaijan

master student

elmeddinh005@gmail.com


Basics of obtaining citizenship


Abstract

The essence of citizenship in a modern democratic society is the legal relationship between the citizen and the state, state building, the development of civil society, the political system of the country, etc. The institution of citizenship is still being formed and is very dynamic for objective reasons. The institution of citizenship performs two social and legal functions: it acts as a means of protection of human rights and an institution that protects the interests of the state. Each state, guided by the principle of sovereignty, in order to ensure the fulfillment of its functions, requires the person located in its territory to follow the rules of conduct established for the person and to perform the duties assigned by the state.

Citizenship is a stable legal relationship, an absolute legal relationship that continues socially between an individual and a collective legal entity. Permanent character citizenship is created from the moment of birth and, as a rule, ends with the death of a person. If the citizenship is created from the moment of birth, it is possible to change it. Filiation, naturalization, option, transfer are methods of obtaining citizenship. Filiation and naturalization are more common among these methods. Filiation refers to the acquisition of citizenship by birth. Naturalization involves the implementation of actions that indicate the individual's desire to obtain citizenship.


Keywords: citizenship, the basics of obtaining citizenship, citizenship law, filiation, naturalization, constitution 


Baxış: 303