DOI: https://doi.org/10.36719/2789-6919/32/203-207

İsa İsgəndərov

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

isa.isgenderov.1993@gmail.com


KİBERHÜCUMLARDAN MÜDAFİƏ VƏ ONUNLA MÜBARİZƏ


Xülasə

Kiberhücum- kiberinsident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber silahın və ya kibersilah kimi istifadə edilə bilən sistemin bilərəkdən istifadəsidir. Başqa sözlə desək, kiberhücum kompüterlərdə və kompüter şəbəkələrində hücum, aktivin icazəsiz istifadəsi, dəyişdirilməsi, aradan qaldırılması, məhv edilməsi, oğurlanması və ya əldə edilməsi üçün edilən hər hansı bir cəhddir. Kiberhücum, kompüter məlumat sistemlərini, infrastrukturları, kompüter şəbəkələrini və ya fərdi kompüter cihazlarını hədəf olan hər hansı bir hücum manevridir. Kiberhücumlar şəxsi kompüterə casus proqramların quraşdırılmasından bütöv xalqların infrastrukturunu məhv etmək cəhdlərinə qədər ola bilər.

Bəzən internet istifadəçiləri özləri də bilmədən kiber cinayətkarların qurbanına çevrilirlər. Kiberhücumların əsas məqsədi yanlış məlumatlar yaymaqla vətəndaşlar arasında çaxnaşma yaratmaq, istifadəçilərə məxsus şəxsi məlumatları- email, ad, soyad, ünvan, şəkil, şifrə nömrəsi və sair əldə etmək və onlara müdaxilə etmək, daha sonra isə əldə edilmiş bu məlumatlar əsasında daha unikal hücumlar edə bilməkdir. 

Açar sözlər: kiberhücum, kibertəhlükəsizlik, kibercinayət, xaker, transmilli cinayət

Isa Isgandarov

Azerbaijan State University of Economics

master student

isa.isgenderov.1993@gmail.com


Defense against cyber attacks and combating it


Abstract

A cyberattack is the deliberate use of a cyberweapon or a system that can be used as a cyberweapon against information systems to create a cyberincident. In other words, a cyber attack is any attempt to attack, modify, remove, destroy, steal or access an asset on computers and computer networks. A cyberattack is any attack maneuver that targets computer information systems, infrastructures, computer networks, or personal computer devices. Cyber attacks can range from installing spyware on a personal computer to attempting to destroy the infrastructure of entire nations.

Sometimes internet users become victims of cyber criminals without even knowing it. The main purpose of cyber-attacks is to create panic among citizens by spreading false information, to obtain and interfere with users’ personal information e-mail, name, surname, address, photo, password number, etc. , and then to carry out more unique attacks based on this information is to know.

Keywords: cyber attack, cyber security, cybercrime, hacker, transnational crime


Baxış: 327