DOI: https://doi.org/10.36719/2789-6919/35/28-33

Rəna Cəfərova

Naxçıvan Dövlət Universiteti

Rdjafarova.f@gmail.com

Orcid id: 0009-0001-0467-6396


XX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ AZƏRBAYCAN FORTEPİANO İFAÇILIĞI VƏ BU SƏNƏTİN İNKİŞAFINA TƏSİR EDƏN MÜHÜM AMİLLƏR


Xülasə

Azərbaycanda fortepiano alətində ifaçılıq sənəti özünəməxsus inkişaf yolu keçərək, müasir dövrdə əhəmiyyətli yaradıcılıq sahəsi kimi formalaşmışdır. Bu proses asan olmamışdır. İlk əvvəl XIX əsrin sonunda Bakıda yaranan ifaçılıq məktəbləri təhsil sistemində böyük nailiyyətlərin əldə olunmasının başlanğıcını gətirib, ifaçılıq sənətinin peşəkar səviyyədə özünü təsdiq etməyini yetişdirmişdir. Növbəti mərhələlərdə aparılan sistematik işlər nəticəsində bir-birindən dəyərli ifaçılar nəsli yetişmişdir ki, XX əsrin 60-90-cı illəri də bu  mühüm mərhələlərdən biri olmuşdur. Bu dövrdə bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi cəhətlər və ifaçılıq sənətində yeni ifa üslublarının formalaşması nəticəsində milli ifaçılıq sənəti orijinal xüsusiyyətli yaradıcılıq sahəsinə çevrilmişdir. 

Azərbaycanda ifaçılıq sənəti bəstəkar yaradıcılığında qazanılan nailiyyətlərlə birbaşa bağlı olmuşdur. Bu iki sənət qarşılıqlı əlaqə şəklində inkişaf etmişdir. İfaçı repertuarında   daha çox əsərlərə hiss olunan tələbat bəstəkar yaradıcılığında fortepiano musiqisinin daha geniş yer almağına səbəb olmuşdur. Bəstəkarların fərdi üslub xüsusiyyətlərində ortaya çıxan fərqli ifadə vasitələri, yenilikçi təmayüllər ifaçılıq sahəsində müxtəlif texniki imkanların meydana gəlməyi ilə nəticələnmişdir. Buna görə də XX əsrin 60-cı illərindən sonra milli bəstəkarlıq məktəbinin nümayəndələrinin fortepiano musiqisi sahəsində əldə etdiyi nailiyyətlər ifaçılıq sənətində yeni təmayüllərin ortaya çıxmasını şərtləndirmişdir.

XX əsrin 60-cı illərində respublikamızda fortepiano ifaçılıq sənətinə xalq çalğı üslubuna xas xüsusiyyətlərin özünəməxsus şəkildə nüfuzu hər keçən gün böyüməkdə idi. Əsrin ilk onilliklərində X.Qayıbovanın muğamları fortepiano kimi mükəmməl alətdə ifa etməyi, muğam sənətinin fortepiano ifaçılığına gətirilməsinə yol açmışdır. 30-cu illərdə T.Quliyevin fəaliyyətində Amerika zəncilərinin yaradıcılıq nailiyyəti olan caz sənətinə maraq nəticəsində ilk estrada-caz orkestri yaradılmış, bu isə V.Mustafazadənin simasında ifaçılıqda yeni üslubların formalaşması ilə caz-muğam sənətinin yaranmasının başlanğıcını gətirmişdir. Və nəticədə ifaçılıqda hər keçən gün özünü hiss etdirən yenilənmə yeni texniki imkanların  meydana gəlməsini şərtləndirmişdir. 

Məqalədə ifaçılıq sənətinin 60-90-cı illərdə inkişaf mərhələsinə nəzər salınır, bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi təmayüllərin bu sənətə təsirinə toxunulur, fortepianoda ifaçılıq sənətinin milli mahiyyət qazanmasında mühüm rol oynayan amillərin orijinallığından bəhs edilir, fortepiano ifaçılığının kamil sənət sahəsi kimi formalaşması vurğulanır.

Açar sözlər: ifaçı, musiqi, fortepiano, bəstəkar, konsert, janr, milli

Rena Jafarova

Nakhchivan State University

Rdjafarova.f@gmail.com

Orchid id: 0009-0001-0467-6396


Important factors influencing the development of Azerbaijani piano playing in the

60s-90s of the 20th century


Abstract

In Azerbaijan, the art of playing the piano instrument has gone through a unique development path and has formed as an important creative field in modern times. This process has not been easy. First of all, the performing arts schools that emerged in Baku at the end of the 19th century led to the beginning of great achievements in the educational system and brought up the self-affirmation of the performing art at a professional level. The systematic works carried out in the next stages produced a generation of valuable performers, and the 60s-90s of the 20th century were one of these important stages. In this period, as a result of the innovative aspects that made themselves felt in the creativity of composers and the formation of new performance styles in the art of performance, the national performance art became a field of creativity with original characteristics.

The art of performance in Azerbaijan is directly related to achievements in the creativity of composers. These two arts developed in a reciprocal relationship. The demand for more works in the performer's repertoire has led to the piano music taking a wider place in the composer's work. The different means of expression and innovative tendencies that appeared in the individual stylistic features of the composers resulted in the emergence of various technical possibilities in the field of performance. Therefore, after the 60s of the 20th century, the achievements of the representatives of the national composition school in the field of piano music caused the emergence of new trends in the art of performance.

In the 60s of the 20th century, in our republic, the influence of the unique characteristics of the folk instrument style on the art of piano performance was growing day by day. In the first decades of the century, the mughams of Kh. Qayibova paved the way for playing a perfect instrument like the piano, bringing the art of mugham to piano playing. In the 1930s, T. Guliyev's activities led to the creation of the first pop-jazz orchestra as a result of the interest in jazz art, which is a creative achievement of American blacks, and this brought the beginning of the emergence of jazz-mugham art with the formation of new styles in performance in the person of V. Mustafazade. And as a result, the renewal that makes itself felt every day in performance has determined the emergence of new technical possibilities.

The article looks at the stage of development of the art of performance in the 60s-90s, touches on the influence of innovative trends that make themselves felt in the creativity of composers on this art, talks about the originality of the factors that play an important role in the national essence of the art of piano performance, and emphasizes the formation of piano performance as a perfect art field.

Keywords: performer, music, piano, composer, concert, genre, national


Baxış: 158