DOI: https://doi.org/10.36719/2789-6919/35/45-49

Təranə Hüseynova

Naxçıvan Dövlət Universiteti

teranehuseynova24@gmail.com

Orcid 0009-0001-7945-2004


AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU


Xülasə

Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yara­dıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində bir iz qoymuşdur. Azərbaycan musiqi mədəniyyə­tinin inkişafında misilsiz xidmətləri olmuş bəstəkarlardan Qara Qarayev, Süleyman Ələsgərov, Tofiq Bakıxanov, Azər Rzayev, İsmayıl Hacıbəyov, Aqşin Əlizadə konsert janrına müraciət etmiş­lər. Müxtəlif illərdə yazılan bu konsert nümunələri bir növ Azərbaycan musiqisinin keçdiyi inkişaf yolunu sanki təcəssüm etdirir.

Aqşin Əlizadə bir peşəkar bəstəkar kimi yaradıcılığı çoxşaxəlidir. İstər irihəcmli, istərsə də kiçik həcmli əsərlərində hər zaman ümumbəşəri-sülh, əmin-amanlıq, insanların anaya, vətənə, torpağa, bir-birinə olan sevgi hissi ilə bağlı mövzularla yanaşı, milli dəyərlərə olan bağlılığı, onun qorunması uğrunda mübarizliyi, mövzulardakı müasir baxışı, aktuallığı hər zaman dinləyiciləri düşünməyə, səfərbərliyə, səmimiliyə çağırır. Bu ilk növbədə onun peşəkarlığının, zəngin dünyagörüşünün, gör­düyü hər bir işə can yandıraraq olduqca həssaslıqla yanaşmasından irəli gəlir.

Aqşin Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi böyük işlər görmüşdür. Aqşin Əlizadənin musiqisinin bir çox xarakterik cizgiləri, melodikasının vokal təbiəti məhz bu sahənin xüsusiyyətlərindən yarandığını görürük. Əsərlərindəki öz musiqisinə möhkəm bağlılığı, parlaq melodizm diqqəti cəlb edir. Bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979-1985-ci illərdə), 1985-1990-cı illərdə birinci katib olmuşdur. 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasının gənc musiqiçi nəslin yetişməsində böyük xidmətləri vardır.

Açar sözlər: Azərbaycan, Üzeyir Hacıbəyli, Aqşin Əlizadə, bəstəkar, musiqi


Tarana Huseynova

Nakhchivan State University

teranehuseynova24@gmail.com

Orchid 0009-0001-7945-2004


Azerbaijan creation of Aqshin Elizade role in music


Abstract

The creation of the concert genre in the musical culture of Azerbaijan can be seen in the dance numbers in Uzeyir Hajibeyli's musical and stage works. Composer Aghshin Alizade has left a mark in Azerbaijani musical culture with his unique creativity. Kara Garayev, Suleyman Alasgarov, Tofig Bakikhanov, Azer Rzayev, Ismayil Hajibeyov, Agshin Alizadeh, among the composers who have made unparalleled contributions to the development of Azerbaijani musical culture, turned to the concert genre. These examples of concerts written in different years literally embody the development path of Azerbaijani music.

Aqshin Alizade's creativity as a professional composer is multifaceted. In his large-scale and small-scale works, he always deals with topics related to universal peace, tranquility, people's feelings of love for the mother, motherland, land, and each other, as well as the attachment to national values, the struggle for its protection, his modern view of the issues, its relevance always calls listeners to think, mobilize, and be sincere. First of all, this is due to his professionalism, rich worldview, and very sensitive approach to everything he does.

Agshin Alizade has done great work as a public figure in the development of Azerbaijani musical culture. We see that many characteristic features of Aqshin Alizade's music, the vocal nature of melodics, originate from the specifics of this field. His strong commitment to his own music, bright melodism in his works attracts attention. The composer was the secretary of the Board of Directors of the Union of Composers of Azerbaijan (1979-1985), first secretary in 1985-1990. On the occasion of his 60th anniversary, he was awarded the Order of Glory. The Baku Music Academy has great merit in the development of the young generation of musicians.

Keywords: Azerbaijan, Uzeyir Hajibeyli, Aghshin Alizade, composer, music


Baxış: 156