DOI: https://doi.org/10.36719/2789-6919/35/54-60

İlahəxanım Məmmədzadə

Azərbaycan Dövlət Aqrar Universiteti 

doktorant

mammedzadeilahe@gmail.com


İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ

VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ


Xülasə

Müəyyən edilmişdir ki, mədə-bağırsaq po­zuntuları ilə müşayiət olunan buzovların ishalının müalicə və profilaktikasında dərman bitkilərinin kimyəvi preparatları ilə kom­pleks tətbiqi, buzovların ishalının sağalma müddətinin qısalmasına, heyvanların kütlə artımının yüksəlməsinə, ölüm hallarının aradan qalxmasına səbəb olmuşdur. Hər iki təsərrüfatdakı buzovların qanının morfoloji göstəricilərinə, eritro­sit­lərin və leykositlərin sayına, hemoqlobinin miqdarına, leykositar formulaya əsasən, müalicə məqsədilə tətbiq edilən dərman bitkilərinin və dərman preparatlarının istifadə dozalarının təhlükəsiz olduğunu, erkən ontogenezdə hemopoez prosesinə müsbət tə­sir etdiyini göstərmək olar. Təcrübənin sonunda, nəzarət qruplarda olduğu kimi təc­rübə qrup­larında da eritrositlərinin sayının artma tendensiyasının qeydə alınması buzov­ların orqanizmində oksidləşmə - reduksiya proseslərinin aktivləşməsini göstərir. Bitki qarışıqlarının dəmləmə və bişirmələrinin xəstə buzovlara içirdilməsindən, dərman preparatlarının isə paralel olaraq müxtəlif dozalarda əzələ daxilinə yeridilməsindən sonra, xəstəliyin kliniki əlamətləri itməyə başlayır, əmmə refleksi artır, ishal kəsilir.

Açar sözlər: buzov, ishal, bitkilər, qabıq, müalicə, preparat, ağız südü

Ilahakhanım Mammadzada

Azerbaijan State Agricultural University

PhD student

mammedzadeilahe@gmail.com


The importance of antidiarrheal medicinal plants in the treatment and 

prevention of calves


Abstract

It was determined that the complex application of medicinal plants with chemical preparations in the treatment and prevention of diarrhea of calves accompanied by gastrointestinal disturbances led to the shortening of the healing period of diarrhea of calves, the increase in the mass growth of animals, and the disappearance of deaths.

According to the morphological indicators of the blood of calves in both farms, the number of erythrocytes and leukocytes, the amount of hemoglobin, the leukocyte formula, it can be shown that the doses of medicinal plants and medicinal preparations used for treatment are safe and have a positive effect on the hemopoiesis process in early ontogeny. At the end of the experiment, recording the trend of increasing the number of erythrocytes in the experimental groups, as well as in the control groups, indicates the activation of oxidation-reduction processes in the calf's body. After infusions and decoctions of plant mixtures are administered to sick calves, and medicinal preparations are simultaneously administered intramuscularly in different doses, the clinical symptoms of the disease begin to disappear, the sucking reflex increases, and diarrhea stops.

Key words: calf, diarrhea, plants, bark, treatment, preparation, colostrum


Baxış: 159