DOI: https://doi.org/10.36719/2789-6919/28/23-29

Nurlan Bağırzadə  

Bakı Dövlət Universiteti

magistrant

nurlanbagirzad@gmail.com


AVROPA İTTİFAQINDA HAVA DAŞIMALARININ HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN   FORMALAŞMASI


Xülasə

Məqalədə qeyd olunur ki, Avropa İttifaqının Vahid Avropa Səması layihəsi aeronaviqasiyanın hüquqi tənzimlənməsini təkmilləşdirmək üçün indiyə qədər qəbul edilmiş ən böyük regional təşəbbüslərdən birini təmsil edir. Avropanın səmasında hava rabitəsinin təhlükəsizliyini azaldan tıxac problemlərini həll etmək üçün dövlət sərhədlərinə əsaslanmayan aeronaviqasiya xidmətlərinin göstərilməsini nəzərdə tutan Avropa İttifaqının aeronaviqasiya kompleksinin inteqrasiyası ideyası ortaya çıxdı.

Daha sonra məqalədə qeyd olunur ki,  məqsəd  Avropanın hava hərəkətinə nəzarət sistemini planlı şəkildə modernləşdirmək, Avropa İttifaqının vahid hava məkanını yaratmaq, ümumi Avropa aviasiya məkanını formalaşdırmaq və tamamlamaqdır.

Bununla belə, Avropa hələ də Avropadakı Vahid Səmanın bəzi problemlərini həll etməkdən uzaqdır və həqiqətən inteqrasiya olunmuş Vahid Səmanı təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var. Avropa İttifaqında insanların həyat səviyyəsinin yüksəldilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, ədalətli rəqabətin təmin edilməsi mühüm məsələlərdən hesab olunur. Qeyd olunanlara nail olmaq üçün Avropa İttifaqında yüksək səviyyəli hava nəqliyyatı əlaqələrinin olması çox vacibdir. Avropa iqtisadi artımı, vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək üçün dünyanın bir çox ölkələri ilə sıx nəqliyyat əlaqələri qurmalıdır.

Açar sözlər: hava daşıyıcıları, hava nəqliyyatının inkişafı, uçuşun gecikməsi, daşıyıcıların  məsuliyyəti, logistika təchizatları 


Nurlan Baghirzadeh  

Baku State University

master student

nurlanbagirzad@gmail.com


Formation of legal regulation of air transport in the European Union


Abstract

The article notes that the European Union's Single European Sky project represents one of the largest regional initiatives ever undertaken to improve the legal regulation of air navigation. In order to solve the congestion problems that reduce the safety of air communication in the skies of Europe, the idea of the integration of the air navigation complex of the European Union, which involves the provision of air navigation services that are not based on state borders, appeared. 

The article further states that the aim is to modernize the European air traffic control system in a planned manner, to create a single airspace of the European Union, and to form and complete the common European aviation space. 

However, Europe is still far from solving some of the problems of the Single Sky in Europe and further measures are needed to ensure a truly integrated Single Sky. Raising people's living standards, accelerating economic development, and ensuring fair competition are considered important issues in the European Union. In order to achieve the above, it is very important to have high-level air transport connections in the European Union. In order to ensure economic growth and a decent standard of living for its citizens, Europe must establish close transport connections with many countries of the world.

Keywords: air carriers, development of air transport, flight delay, liability of carriers, logistics supplies 




Baxış: 260