DOI: https://doi.org/10.36719/2707-1146/35/15-20

Hümbət Hümbətov 

Azərbaycan Dövlət Aqrar Universiteti

 aqrar elmlər üzrə fəlsəfə doktoru 

humb@inbox.ru

Arzu Babazadə 

                                                Azərbaycan Dövlət Aqrar Universiteti

doktorant

arzu.babazade94@mail.ru

Tünzalə İsgəndərova

Gəncə Dövlət Universiteti  

      biologiya üzrə fəlsəfə doktoru

isgandarova65@mail.ru


BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU KÖKÜMEYVƏSİNİN 

KEYFİYYƏTİNƏ TƏSİRİ


Xülasə

Ədəbiyyat materiallarından məlum oldu ki, şəkər çuğunduru və onun emalın­dan alınmış məhsullar üzvi və qeyri-üzvi maddələrlə zəngindir. Şəkər çuğunduru nəinki qida sənayesində, həmçinin heyvandarlığın inkişafı baxımından yem isteh­salında, spirt sənayesində və digər sahələrdə istifadə olunan keyfiyyətli xammaldır. Şəkər çuğunduru karbohidratların nümayəndəsi olan saxa­roza ilə daha zəngindir.

Protopektinlə zəngin olan şəkər çuğundurundan yüksək keyfiyyətli şəkər istehsal etmək mümkün deyildir. Protopektin suda pis həll olduğuna görə şirədə bulanıqlıq əmələ gətirir. Bu da hazır məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Yetişməmiş şəkər çuğun­durun­dan fərqli olaraq yetişmişdən alınmış şirənin tərkibində demək olar ki, protopektin olmurŞəkər çuğundurun emalı prosesində müxtəlif çevrilmələrə məruz qalaraq amin­turşuların, aminlərin və amidlərin sintezində iştirak edirlər. Amidlər karboksil qrupunun OH-nın amin qrupu (NH2) ilə əvəz olunması hesabına əmələ gəlirlər.

Şəkər çuğunduru yarıməvəzolunan aminturşularla da zəngindir. İnsan və hey­van orqanizminin onlara olan ehtiyacı qismən ödənilir və ancaq müəyyən his­səsi isə qida hesabına ödənilir. Yarıməvəzolunan aminturşularına arginin, tiro­zin və histidin aid edilir.

Açar sözlər: şəkər çuğunduru, bitki sıxlığı, kökümeyvə, pektin maddələri, zülallar, sellüloz, amin turşuları

     

Humbat Humbatov

Azerbaijan State Agrarian University

PhD in agricultural sciences

humb@inbox.ru

Arzu Babazadeh

Azerbaijan State Agrarian University

PhD student

                                            arzu.babazade94@mail.com 

Tunzala Iskandarova

Ganja State University

PhD in biology 

isgandarova65@mail.ru




Effect of plant density on sugar beet fruit quality


Abstract

It was found out from the literature that sugar beet and the products obtained from its processing are rich in organic and inorganic substances. Sugar beet is a quality raw material used not only in the food industry, but also in feed production, alcohol industry and other fields in terms of animal husbandry development. Sugar beet is richer in sucrose, which is a representative of carbohydrates.

It is impossible to produce high-quality sugar from sugar beets, which are rich in protopectin. Because protopectin is poorly soluble in water, it causes turbidity in the juice. This has a negative effect on the quality of the finished product. Unlike unripe sugar beet, the juice obtained from ripe sugar beet contains almost no protopectin.

They participate in the synthesis of amino acids, amines and amides by undergoing various transformations during the sugar beet processing process. Amides are formed due to the substitution of OH of the carboxyl group with an amino group (NH2).

Sugar beet is also rich in semi-substituted amino acids. The human and animal body's need for them is partially met, and only a certain part is met through food. Semi-metabolized amino acids include arginine, tyrosine and histidine.

Keywords: sugar beet, plant density, root fruit, pectin substances, proteins, cellulose, amino acids




Baxış: 321