DOI: https://doi.org/10.36719/2706-6185/22/81-85

    Bəkir İsmayılov

Bakı Dövlət Universiteti

magistrant

smaylov.bkir@bk.ru


İDMANDA GENDER BƏRABƏRLİYİNİN

TƏMİN OLUNMASINDA DÜNYA ATLETİKASININ ROLU


Xülasə

İdman xalqlar, dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsində mühüm körpü, vasitə rolu oynayır. Olimpiya Xartiyasının 4-cü maddəsinə əsasən, hər bir şəxs heç bir ayrı-seçkiliyə məruz qalmadan Olimpiya ruhu ilə idmanla məşğul olmaq hüququna malikdir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən idman dedikdə müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə mütəmadi olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, bütün səviyyəli yarışlarda iştiraka və yüksək nəticələr göstərilməsinə yönəldilmiş bədən tərbiyəsinin tərkib hissəsi başa düşülür. İdman yarışlarının dostluq və həmrəyliyə əsaslanan ədalətli rəqabət mühitində təşkil olunmasına mühüm diqqət yetirilir. Ədalətli yarış dedikdə idmançının rəqibinin üzərində üstünlük əldə etməsinə səbəb olan hər hansı hərəkət və ya hərəkətsizlikdən çəkinməsi başa düşülür. Belə hallara antidopinq qaydalarının pozulmasını, idman yarışlarının manipulyasiyasını misal göstərmək olar. 

Bu baxımdan, istər beynəlxalq, istərsə də milli idman təşkilatları, idman federasiyaları tərəfindən idman yarışlarının ədalətli şəkildə keçirilməsi məqsədilə müxtəlif qaydalar, siyasətlər qəbul olunur. Belə beynəlxalq federasiyalardan biri kimi Dünya Atletikasını misal göstərmək olar. Federasiya XX əsrin ortalarından başlayaraq kişi və qadınların ədalətli rəqabət mühitində yarışmaları üçün müxtəlif qaydalar müəyyənləşdirməyə başlamışdır. 

Bu məqalə Dünya Atletikasının idmanda gender bərabərliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətin təhlilinə yönəlmişdir.

Açar sözlər: Dutee Chand, cinsi ayrı-seçkilik, testosteron, İdman Arbitraj Məhkəməsi, Dünya Atletikası, Hiperandrogenizm qaydaları

    

Bakir Ismayilov

Baku State University

master student

smaylov.bkir@bk.ru


Gender equality in sports the role of world athletics in ensuring


Abstract

Sports plays the role of an important bridge and tool in strengthening solidarity between peoples and states. According to Article 4 of the Olympic Charter, everyone has the right to participate in sports in the Olympic spirit without any discrimination. According to Article 1 of the Law of the Republic of Azerbaijan "On Physical Education and Sports", sport is understood as a component of physical education aimed at regularly improving a person's physical fitness, participating in competitions of all levels and showing high results through a complex of various physical movements. Important attention is paid to the organization of sports competitions in an atmosphere of fair competition based on friendship and solidarity. Fair competition means that the athlete avoids any action or inaction to gain an advantage over his opponent. Examples of such cases include violation of anti-doping rules and manipulation of sports competitions.          In this regard, both international and national sports organizations and sports federations adopt various rules and policies to conduct sports competitions fairly. However, some subjects operating in the field of sports sometimes claim that such documents violate fair competition conditions.

In this regard, both international and national sports organizations and sports federations adopt various rules and policies to conduct sports competitions fairly. An example of such an international federation is World Athletics. Starting from the middle of the 20th century, the federation began to define different rules for men and women to compete in a fair competitive environment.

This article focuses on the analysis of the activities of World Athletics in the direction of ensuring gender equality in sports.

Keywords: Dutee Chand, sex discrimination, testosterone, Court of Arbitration for Sport, World Athletics, Hyperandrogenism regulations


Baxış: 354