Arxiv
Elmi Tədqiqat 2024
Gülnarə Vilayət qızı Şahmuradova
Azərbaycan Respublikasının Təhsil İnstitutu
elmi işçi
gulnara.shahmuradova@mail.ru
Tavat Hüseyn qızı Muradlı
Azərbaycan Respublikasının Təhsil İnstitutu
böyük elmi işçi
tavat.muradli2016@gmail.com
Könül Vaqif qızı Mikayılova
Azərbaycan Respublikasının Təhsil İnstitutu
böyük elmi işçi
konulmikayilova@rambler.ru
DÜNYA ÖLKƏLƏRİNDƏ VƏ AZƏRBAYCANDA ERKƏN
UŞAQLIQ DÖVRÜ TƏHSİLİNİN TƏŞKİLİ
UŞAQLIQ DÖVRÜ TƏHSİLİNİN TƏŞKİLİ
Xülasə
Məqalədə məktəbəqədər yaşlı uşaqların intelektual inkişafına xidmət edən bilik və bacarıqlar sisteminin əlçatanlığı, təkmilləşdirilməsi və inkişaf prosesinin izlənilməsi öz əksini tapmışdır. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, təhcizatının yaxşılaşdırılması dövlətin və cəmiyyətin maraqları çərçivəsində əsas hədəf kimi qarşıya qoyulmuşdur. Azərbaycan təhsil siyasətində və ideologiyasında uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları çərçivəsində tərbiyə olunması, ümumi təhsilə hazırlığının təmin edilməsi məktəbəqədər təhsil müəssisələrinin başlıca və ən əhəmiyyətli rolu hesab olunur. Məqalədə həmçinin UNESCO və Qlobal Təhsil Monitorinqi (GEM) tərəfindən dünya ölkələrində erkən uşaqlıq dövrü təhsilinin təşkilinə dair aparılan araşdırmalar, təhlil və nəticələr, qabaqcıl ölkələrin bu sahədəki ugurları öz əksinin tapmışdır. Finlandiya, İsveç, Danimarka, Norveç, Latviya, Estoniya, Almanya kimi ölkələrin “Erkən Uşaqlıq Dövrü Təhsili” siyasəti və onun təşkili araşdırılmışdır. YUNESKO-nun Statistika İnstitutu tərəfindən Avropa ölkələrinin, eləcə də Çilidə, Hindistanın Karnataka ştatında, İndoneziyada, İsveçdə, Xorvatiyada toplanmış inzibati məlumatlarda məqalədə yer almışdır.
Açar sözlər:ilkin təhsil, dövlət, cəmiyyət, maraqlar, zərurət
Gulnara Vilayat Shahmuradova
Tavat Huseyn Muradli
Konul Vagif Mikayilova
Organization of early childhood education in the world and Azerbaijan
Abstract
The article reflects the accessibility, improvement and monitoring of the development process of the system of knowledge and skills that serve the intellectual development of preschool children. Broadening the network of early childhood educational institutions and enhancing their supply sets as the major objective in the interests of the state and society. The education policy and ideology of Azerbaijan, the primary and most significant important role of early childhood education institutions is to bring up children in the spirit of national-moral and human values, within the national interest, to ensure their readiness for general education. The article also displays the research, analysis and results conducted by UNESCO and the Global Education Monitoring (GEM) on the organization of early childhood education in countries around the world and the achievements of leading countries in this field. The policy and organization of "Early Childhood Education" in countries ex. Finland, Sweden, Denmark, Norway, Latvia, Estonia and Germany studied. In conclusion, the article reflects the administrative data collected by the Unesco Institute of Statistics in European countries, but also in Chile, Karnataka, India, Indonesia, Sweden and Croatia.
Key words:early education, state, society, interests, necessity
Baxış: 669