DOI: https://doi.org/10.36719/2789-6919/32/170-173
Sevinc Verdiyeva
Bakı Dövlət Universiteti
magistrant
KƏND TƏSƏRRÜFATINDA BİOLOJİ PREPARATLARIN İSTİFADƏ
PERSPEKTİVLƏRİ
Xülasə
Kənd təsərrüfatının inkişafı nəticəsində yaranan aqroekosistemlər insan və təbiət əməyinin birgə məhsuludur. Aqroekosistemlərin xarakteri və onların məhsuldarlığı təbii şəraitdən asılı olmaqla yanaşı, eyni zamanda elm və texnikanın inkişaf səviyyəsi, xüsusilə kənd təsərrüfatının istehsal intensivliyindən də asılıdır. Kənd təsərrüfatı intensivliyinin artması bir tərəfdən insanların ərzaq təminatının yüksəlməsinə şərait yaradırsa da, digər tərəfdən isə torpaqlarda ekoloji problemlərinin də yaranmasına gətirib çıxarır. Bu gün müasir kənd təsərrüfatı üçün əsas prioritet istiqamət torpaqların münbitliyinin mühafizəsi ilə yanaşı, hər torpaqdan mümkün qədər çox, az əmək sərf etməklə ən keyfiyyətli məhsul istehsalını təmin etməkdir. Aydındır ki, aqrokimyəvi maddələrdən (kimyəvi gübrələrdən) tamamilə imtina etməklə yüksək məhsuldarlığı qorumaq mümkün deyil, lakin onların tətbiqi səviyyəsini dəfələrlə azaltmaq olar. Problemin qismən də olsa həlli üçün aqrokimyəvi maddələrin istifadəsinə real alternativ olaraq aqrosenozda ekoloji vəziyyətə praktiki təsir göstərmədən oxşar funksiyaları təmin edən mikrob preparatlarının istifadə imkanlarının araşdırılması aktual məsələrdəndir və bu istiqamətdə bir sıra tədqiqatlar aparılmaqdadır. Mikrobiota torpağın ayrılmaz və əvəzolunmaz tərkib hissəsidir, aqrosenozlarda bitkilərə kompleks təsir göstərmək qabiliyyətinə malikdir.
Açar sözlər: müasir kənd təsərrüfatı, ənənəvi gübrələr, biopreparata, bitki-mikrob sistemi, ekoloji problemlər
Sevinj Verdiyeva
Baku State University
master student
sevincverdiyeva0199@gmail.co
Perspectives of the use of biological preparations in agriculture
Abstract
Agroecosystems created as a result of agricultural development are a joint product of human and nature. The nature of agroecosystems and their productivity depends on natural conditions, but also on the level of development of science and technology, especially on the production intensity of agriculture. The increase in agricultural intensity, on the one hand, creates conditions for increasing the food supply of people, but on the other hand, it also leads to the emergence of environmental problems in the soil. Today, the main priority direction for modern agriculture is to ensure the production of the highest quality products with as little labor as possible from each land, along with the protection of soil fertility. It is clear that it is impossible to maintain high productivity by completely abandoning agrochemicals (chemical fertilizers), but the level of their application can be reduced many times. As a real alternative to the use of agrochemicals in order to solve the problem at least partially, it is important to investigate the possibilities of using microbial preparations that provide similar functions without having a practical effect on the ecological situation in agrosenosis, and a number of studies are being conducted in this direction. Microbiota is an integral and irreplaceable component of the soil, it has the ability to have a complex effect on plants in agrosenosis.Keywords: modern agriculture, traditional fertilizers, biopreparation, plant-microbe system, environmental challengens
m