https://doi.org/10.36719/2706-6185/39/36-42

Fatma Hacıyeva 

Naxçıvan Dövlət Universiteti

fatmahaciyeva022@gmail.com


Naxçıvan Muxtar Respublikasının orta məktəblərində 

müəllim-şagird münasibətləri


Xülasə

Məqalədə Naxçıvan Muxtar Respublikasında yerləşən orta məktəblərdə müəllim-şagird müna­sibətlərindən danışılmış, onların birgə əlaqələrindən, yaradıcı müəllimlərin dövlət standartlarına əməl etməsindən, şəxsi təhsilinin artırılmasından, hər dərs üçün müxtəlif tədqiqetmə formalarının mövcudluğundan və bütün bunların şagirdlərə müsbət təsirindən danışılır.

Məqalədə həmçinin müəllimlərin konkret hədəflərindən, məqsə­dlərindən, yumor hisslərindən, risk bacarıqlarından, işlərini ardıcıl yerinə-yetirmələrindən, valideynlərlə əlaqələrindən, işlərindən zövq almalarından, sinifdə aparılan dəyişikliklərdən və s. danı­şılmış, bunların şagirdlərə müsbət təsiri ətraflı şəkildə şərh olunmuşdur.

Müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərimizin həm təhsildə, həm də həyatda yüksək mövqe tutmaları, keyfiyyətli təhsil üçün sinfin düzgün idarə edilməsinin əhəmiyyəti qeyd edilmişdir. Məqalədə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumtəhsil sahəsində görülən işlər, aparılan islahatlardan bəhs olunmuşdur. 

Nəticə olaraq qeyd edə bilərik ki, təhsildə aparılan kompleks islahatların təsiri nəticə etibarilə sinif otaqları mühitində reallaşır və şagirdlərin göstərdiyi təlim nəticələrinin yüksəldilməsinə xidmət edir. Məktəblərdə “müəllim-şagird” münasibətinin düzgün qurulması, şagirdlərə fərdi yanaşaraq onlara bilik, bacarıq və vərdişlərinin üzə çıxarılması, onların qabiliyyətlərini müəyyənləşdirib həmin istiqamətdə yönəldilməsi şagirdlərin düzgün şəkildə formalaşmasına və inkişaf etməsinə kömək edir.

Açar sözlər: müəllim, şagird, yeniliklər, hədəflər, təhsil, tədris, nizam, intizam


Fatma Hajiyeva

Nakhchivan State University

fatmahaciyeva022@gmail.com


Teacher-Student Relationship in Secondary Schools of Nakhchivan 

Autonomous Republic


Abstract

The article talks about the teacher-student relationship in secondary schools located in the Nakhchivan Autonomous Republic, their joint relationship, compliance of creative teachers with state standards, increasing their personal education, the presence of different forms of research for each lesson, and their positive impact on students. 

The article also talks about teachers having specific goals, having the right goal, having a sense of humor, being able to take risks, doing their work consistently, relationships with parents, enjoying their work, changes in the classroom, etc. were talked about, and the positive effect of these on the students was explained in detail. 

The correct establishment of the teacher-student relationship, the importance of the proper management of the class for quality education and the high position of our students both in education and in life has been mentioned. The article also talks about the work done in the field of general education and the reforms carried out in the Nakhchivan Autonomous Republic.

As a result, we can note that the effect of complex reforms in education is ultimately realized in the classroom environment and serves to improve the4 learning results of students. Correct establishment of the "teacher-student" relationship in schools, approaching students individually 


 

and revealing their knowledge, skills and habits, identifying their abilities and directing them in that direction helps students to form and develop properly.

Keywords: teacher, student, innovations, goals, education, teaching, order, discipline


Baxış: 97