DOI: https://doi.org/10.36719/2706-6185/35/222-227

Mustafa Safarov 

Baku, Azerbaijan

safarovmustafa19@gmail.com


ORGANIZATION AND IMPLEMENTATION OF ACCOUNTING 

IN HOTELS BUSINESS


Abstract

Tourism and hotel business, which are important areas of public life and economy, were created and developed as a unity and continue to operate. The mutual activity of tourism and hotel service is closely related to the history of the development of organizational forms of these areas.

The service sector has a positive impact on the country's economy due to the existing international trade opportunities. From this point of view, in order to develop this field within any country, first of all, the restrictions facing international trade should be removed. In general, the effective conduct of all activities in the hotel business is directly related to a well-functioning accounting system. At the same time, this system should meet all the needs of hotel managers and have a feature that can serve the set goals. In addition, considering that unlike other businesses, hotels have fast service, the presence of many revenue centers, a large number of financial transactions and the implementation of high-cost service and resulting in more errors and fraud. It is for this reason that in order to prevent such situations in our Republic, hotel management should take measures against such situations. The best measure, of course, in our opinion, is the organization of an accounting system and an internal control system that meets every need against the mentioned problems.

Keywords: hotel, business, accounting, organization, control system


Mustafa Səfərov 

Bakı, Azərbaycan

 safarovmustafa19@gmail.com


Mehmanxanalar biznesində mühasibat uçotunun təşkili və həyata keçirilməsi


Xülasə

İctimai həyatın və iqtisadiyyatın mühüm sahələri olan turizm və mehmanxana biznesi vəhdət kimi yaranaraq inkişaf edib və fəaliyyətini davam etdirir. Turizm və mehmanxana xidmətinin qarşılıqlı fəaliyyəti bu sahələrin təşkilati formalarının inkişaf tarixi ilə sıx bağlıdır.

Xidmət sektoru mövcud beynəlxalq ticarət imkanlarına görə ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Bu baxımdan istənilən ölkə daxilində bu sahəni inkişaf etdirmək üçün ilk növbədə beynəlxalq ticarətin qarşısında duran məhdudiyyətlər aradan qaldırılmalıdır. Ümumiyyətlə, mehmanxana biznesində bütün fəaliyyətlərin səmərəli aparılması bilavasitə düzgün işləyən mühasibat uçotu sistemi ilə bağlıdır. Eyni zamanda bu sistem mehmanxana menecerlərinin bütün ehtiyaclarını ödəməli və qarşıya qoyulan məqsədlərə xidmət edə biləcək xüsusiyyətə malik olmalıdır. Bundan başqa, nəzərə alsaq ki, digər bizneslərdən fərqli olaraq, otellərin sürətli xidmətə malik olması, çoxlu gəlir mərkəzlərinin olması, çox sayda maliyyə əməliyyatları və bahalı xidmətin həyata keçirilməsi və nəticədə daha çox səhv və saxtakarlıq olur. Məhz bu səbəbdən respublikamızda bu halların qarşısını almaq üçün otel rəhbərliyi belə hallara qarşı tədbirlər görməlidir. Ən yaxşı tədbir, əlbəttə ki, fikrimizcə, qeyd olunan problemlərə qarşı hər bir ehtiyaca cavab verən mühasibat uçotu sisteminin və daxili nəzarət sisteminin təşkilidir.

Açar sözlər: otel, biznes, mühasibat uçotu, təşkilat, nəzarət sistemi


Baxış: 148