https://doi.org/10.36719/2706-6185/39/31-35

Ağalar Ağalarlı

Qərbi Kaspi Universiteti

doktorant

aghalaraghalarli@gmail.com


Orta Dəhlizin Cənubi Qafqaz regionu üçün geosiyasi əhəmiyyəti


Xülasə

Tarixən Cənubi Qafqaz böyük imperiyalar və ticarət yolları arasında açar əlaqə rolunu oynayan rəqabətcil bölgə olmuşdur. Regionun bu irsi bu gün də davam edir, çünki Orta Dəhliz Rusiyadan keçən Şimal Dəhlizi və ya beynəlxalq dəniz nəqliyyat marşrutu kimi qlobal ticarətin əsas logistika damarlarını təşkil edən yollara alternativ təklif edərək qədim ticarət yollarını canlandırır. Çinin “Kəmər və Yol Təşəbbüsü”nün vacib istiqamətlərindən birini təşkil edən Orta Dəhliz həm də Cə­nubi Qafqazın Avropa və Asiya arasında strateji tranzit qovşağı kimi mövqeyini də möhkəm­ləndirir. Bölgənin əhəmiyyəti təkcə coğrafiyasında deyil, həm də resurslarında və iqtisadi inteq­rasiya potensialındadır. Beləliklə, Orta Dəhliz Avropa və Asiyanı birləşdirməklə, regional əmək­daşlığı inkişaf etdirməklə və enerji tranzit marşrutlarını şaxələndirməklə Cənubi Qafqazın geo­siyasi mənzərəsinə əsaslı dəyişikliklər vəd edir. Bu məqalə qlobal geosiyasətin daha geniş kon­tekstində Orta Dəhlizin Cənubi Qafqaz üçün təsirlərini qiymətləndirərək onun strateji aspektlərini tədqiq edir. Tədqiqat işində analiz, sintez, induksiya və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

Açar sözlər: Cənubi Qafqaz, Kəmər və Yol Təşəbbüsü, Orta Dəhliz, regional əməkdaşlıq, enerji tranzit marşrutları


Aghalar Aghalarli

Western Caspian University

Ph. D. student

aghalaraghalarli@gmail.com


Geopolitical Significance of the Middle Corridor for the South 

Caucasus Region


Abstract

Historically, the South Caucasus has been a contested region, serving as a crucial link between major empires and trade routes. This legacy of the region continues today, as the Middle Corridor revives ancient trade routes by offering alternatives to routes that form the main logistics arteries of global trade, such as the Northern Corridor through Russia or the international maritime transport route. The Middle Corridor plays a crucial role in the Belt and Road Initiative, positioning the South Caucasus as a strategic transit hub between Europe and Asia. The significance of the region lies not only in its geography but also in its resources and potential for economic integration. Therefore, the Middle Corridor commits fundamental changes to the geopolitical landscape of the South Caucasus by connecting Europe and Asia, fostering regional cooperation, and diversifying energy transit routes. This paper explores the strategic dimensions of the Middle Corridor, assessing its implications for the South Caucasus within the broader context of global geopolitics. The research made use of analysis, synthesis, induction and comparative analysis methods.

Keywords: South Caucasus, Belt and Road Initiative, Middle Corridor, regional cooperation, energy transit routes


Baxış: 107