DOI: https://doi.org/10.36719/2789-6919/32/138-141

Aynurə Hümmətli

Cəlilabad rayon Göytəpə şəhər 

V.Mürsəlov adına 1 nömrəli tam orta məktəb

hummetli.a1984@gmail.com


SİNİF RƏHBƏRİNİN İŞİNİN PLANLAŞDIRILMASI


Xülasə

Gündən-günə yeniləşən cəmiyyətimizdə ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin səmərəli təşkili bu işə ayrı-ayrı siniflərdə necə diqqət yetirilməsindən çox asılıdır. Məhz bu mənada ən əsas ağırlıq sinif rəhbərinin üzərinə düşür, onların məsuliyyətini artırır.

Təlim-tərbiyə prosesinin səmərəli təşkili vəzifəsini ləyaqətlə yerinə yetirilməsi siniflərdəki şagirdlərin möhkəm kollektivdə birləşdirilməsindən başlanır. Ayrı-ayrı sinif kollektivlərinin inkişaf etməsi , təşəkkül tapıb formalası nəticəsində isə ümumi məktəbin şagird kollektivi formalaşır.

Lakin bütün bu proseslər bir günün, bir həftənin, bir ayın işi deyil, uzunmüddətli, mürəkkəbbir işdir. Sinif rəhbərindən   gərgin səy, səbr, dözüm, soyuqqanlılıq, pedaqoji fəaliyyətə, tərbiyə işinə qəlbən bağlılıq, dərin maraq, gənc nəslə qayğı göstərmək tələb edir.

Müəllim təhkim olunduğu sinfə uğurla rəhbərlik edə bilməsi üçün onun bu istiqamətdə nəzəri hazırlığa malik olması vacibdir.

Açar sözlər: təlim, tərbiyə, sinif rəhbəri, kollektiv və müəllim


Aynura Hummatli 

Jalilabad district Goytepe city

secondary school №1 named after V.Mursalov

hummetli.a1984@gmail.com 


Planning the work of the homeroom


Abstract

In our society, which is changing day by day, the effective organization of the educational process in secondary schools is very dependent on how much attention is given to this work in individual classes. In this sense, the main responsibility depends on the homeroom and it increases their responsibility.

Fulfilling the task of effectively organizing the educational process with dignity begins with uniting the students in the classes in a strong team. As a result of the development and formation of separate class collectives, the student collective of the general school is formed.

But all these processes are not the work of a day, a week, a month, but a long-term complex work. The homeroom requires hard work, patience, endurance, composure, wholehearted commitment to pedagogical activities, educational work, deep interest, caring for the young generation.

It is important for the teacher to have theoretical training in this direction in order to be able to successfully lead the class to which he is assigned.

Keywords: training, education, homeroom, collective and teacher


Baxış: 258