DOI: https://doi.org/10.36719/2706-6185/32/83-87

Fərid Hüseynli

Xəzər Universiteti

magistrant

farid.huseynli25@gmail.com


TƏŞKİLATLARDA İNNOVASİYA STRATEGİYALARININ HƏYATA KEÇİRİLMƏSİ: ƏSAS METODLAR VƏ PROBLEMLƏR


Xülasə

Son onilliklərdə akademik iqtisadçıların arasında innovasiyaya olan maraq olduqca yüksəlmişdir və qeyd etməliyik ki, bu təbiidir, belə ki, innovasiya iqtisadi inkişafın əsas faktorlardan məhz birinə çevrilmişdir. İnnovasiya ümumilikdə istehsalın tərəqqisi, onun müvafiq keyfiyyətinin yüksəldilməsi və ən əsası, yeni növ malların və həmçinin xidmətlərin sayının artırılması baxımından zəruri şərtdir. Bazar iqtisadiyyatı şərtləri altında innovasiya rəqabətin hərəkətverici qüvvəsi rolunda çıxış edərək, hər hansısa bir biznes subyektinin müvəffəqiyyətini və həmçinin səmərəliliyini təmin edən modern texnologiyadan və istehsalın təşkilindən istifadə edilməsini nəzərdə tutur. İndiki vaxtda innovasiyalar müəssisələrin rəqabət qabiliyyətini artıran əsas amilə çevrilir. Mövcud iqtisadi şəraitə uyğunlaşmaq üçün təşkilatlar strateji şöbələr, innovasiyaların idarə edilməsi departamentləri və məhsulların təşviqi şöbələri yaradırlar. Bütün bunlar məhsulun potensial istehlakçıları ilə satınalma münasibətlərinin formalaşmasına və mühasibat uçotu sistemlərində ən son alətlərin iş proseslərinə daxil edilməsinə səbəb olur. Məqalədə təşkilatlarda innoasiya strategiyalarının həyata keçirilməsi metodlarına və burada formalaşan əsas problemlərə toxunulmuşdur. Əvvəlcə innovativ yetkinlik anlayışı tədqiq edilmiş, daha sonra müəssisədə innovasiya strategiyasının həyata keçirilməsi istiqamətləri, metodları və problemləri öyrənilmişdir.

Açar sözlər: innovasiya, innovativ fəaliyyət, innovasiya strategiyası, innovativ yetkinlik, innovasiya problemləri


Farid Huseynli

Khazar University

master student

farid.huseynli25@gmail.com


Implementation of innovation strategies in organizations: main methods and problems


Abstract

Recently, academic economists have shown a notable surge in interest in innovation, recognizing its crucial role in economic progress. Innovation is essential for advancing production, enhancing quality, and expanding the variety of goods and services available. In a market economy, innovation utilizes current technology and industrial organization to drive competitiveness, assuring the profitability and efficiency of any enterprise. Currently, innovation is the primary component that enhances the competitiveness of businesses. Organizations establish strategy, innovation management, and product marketing departments to adjust to the present economic situations. This results in establishing purchasing relationships with potential customers of the product and integrating the most recent technologies in accounting systems into work operations. The article discusses the implementation techniques of innovation strategies in firms and addresses the key challenges that arise. The study initially focused on inventive maturity, followed by an examination of the strategies, techniques, and challenges associated with implementing innovation in the company.

Keywords: innovation, innovative activity, innovation strategy, innovative maturity, innovation problems


Baxış: 279