https://doi.org/10.36719/2706-6185/41/63-69

Pərvanə Məmmədova

Gəncə Dövlət Universiteti

dissertant

mammedovaparvane@gmail.com


Türk dünyası və Azərbaycan diasporu


Xülasə

Müstəqillik illərində ciddi inkişaf yolu keçən Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri də digər xalqların diaspor təşkilatları ilə əlaqələr qurmaq, birgə əməkdaşlıq nəticəsində fəaliyyət göstərdiyi ölkələrdə öz mövqelərini möhkəmləndirmək idi. Bu sırada Azər­baycan diasporunun türkdilli respublikaların diaspor təşkilatları ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edirdi. Xüsusilə Azərbaycan diasporu türk diasporu ilə əlaqələrə üstünlük verir, qarşlıqlı faydalı əməkdaşlıq inkişaf etdirilirdi. Azərbaycan diasporunun türk diasporu, eləcə də türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin zamanında daha qabarıq şəkildə özünü büruzə verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə haki­miyyətə qayıdan ümummilli lider xarici siyasət sahəsində dünya dövlətləri ilə əməkdaşlıq sırasında türkdilli respublikalara xüsusi önəm verirdi. Heydər Əliyevin Azərbaycanın dünyaya inteqrasi­yasının strateji istiqamətlərini müəyyənləşdirərkən ölkəmizin türk dünyası, türkdilli ölkələrlə münasibətinə xüsusi yer ayrılmışdı. Bu baxımdan Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada qurulması prioritet önəm kəsb edirdi.

Ümummilli liderin hakimiyyəti illərində təkcə Türkiyə deyil, eləcə də digər türkdilli respubli­kalarla Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf etdirildi, yüksək səviyyəli dövlətlərarası münasibətlər quruldu. Heydər Əliyevin ayrı-ayrı türkdilli respublikalara səfəri zamanı həmin ölkələrdəki soydaşlarımızla görüşməsi bu respublikalardakı Azərbaycan diasporunun inkişaf etməsinə, orada yaşayan azərbaycanlıların mövqelərinin möhkəmlənməsinə şərait yaradırdı.

Açar sözlər: türk xalqları, Azərbaycan-Türk dövlətlərinin münasibətləri, diaspora, Azərbaycan diasporu


Parvana Mammadova

Ganja State University

dissertation student

mammedovaparvane@gmail.com


Turkish World and Azerbaijan Diaspor


Abstract

One of the main tasks facing the Azerbaijani diaspora, which underwent serious development during the years of independence, was to establish relations with the diaspora organizations of other nations and strengthen their positions in the countries where they operate as a result of joint cooperation. At the same time, the cooperation of the Azerbaijani diaspora with the diaspora organizations of Turkic-speaking republics was of great importance. In particular, the Azerbaijani diaspora preferred relations with the Turkish diaspora, mutually beneficial cooperation was being developed. The development of the relations of the Azerbaijani diaspora with the Turkish diaspora, as well as the diaspora organizations of Turkic-speaking countries, became more prominent during the time of national leader Heydar Aliyev. The national leader, who returned to power in 1993 at the insistence of the people, gave special importance to the Turkic-speaking republics in the field of foreign policy cooperation with the countries of the world. When Heydar Aliyev defined the strategic directions of Azerbaijan's integration into the world, a special place was reserved for our country's relationship with the Turkic world and Turkic-speaking countries. From this point of view, the establishment of Azerbaijan-Turkey relations in a qualitatively new channel was of priority importance.

During the reign of the national leader, bilateral relations were developed not only between Turkey, but also between other Turkic-speaking republics and Azerbaijan, and high-level interstate relations were established. Heydar Aliyev's meeting with our compatriots in those countries during his visit to individual Turkic-speaking republics created conditions for the development of the Azerbaijani diaspora in these republics and the strengthening of the positions of the Azerbaijanis living there.

Keywords: Turkic peoples, Azerbaijan-Turkish relations, diaspora, Azerbaijani diaspora

Baxış: 40