DOI: https://doi.org/10.36719/XXXX-XXXX/1/22-33
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
sevincsadigova@gmail.com
Azərbaycan dilinin dialekt və şivələrində arxaik elementlər
Xülasə
Azərbaycan dialekt və şivələrində arxaik elementlər mövzusunu araşdırarkən bir neçə məsələnin nəzərdən keçirilməsi zəruridir: dialekt və ədəbi dil qarşılaşdırılması; dil vahidlərinin köhnəlməsi, arxaikləşməsi; ədəbi dildə arxaikləşən vahidlərin dilin ayrı-ayrı dialekt və şivələrində işlənməsi. Tədqiqatımızda bu məsələləri təhlil etməyi məqsədəuyğun hesab etmişik. Qeyd edək ki, Azərbaycan dilinin dialekt və şivələri leksik və qrammatik cəhətdən çox zəngin olduğu üçün araşdırmamızda dilimizin bütün dialekt və şivələrini deyil, yalnız Qərbi Azərbaycan şivələrini tədqiqata cəlb etmişik.
Qərbi Azərbaycan şivələrində işlək olan arxaizmlər dil faktı kimi dəyərli olmaqla bərabər, həm də Azərbaycan xalqının tarixinin öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Xalq dilinin və şivələrin tədqiq olunması dilçiliyin ən vacib məsələlərindən biri olmuşdur və hal-hazırda da bu sahədə öz həllini gözləyən xeyli sayda problemlər vardır.
Açar sözlər: arxaik elementlər, dialekt, şivə, ədəbi dil, Qərbi Azərbaycan