DOI: https://doi.org/10.36719/XXXX-XXXX/2/10-18
Dilin fəlsəfi mahiyyəti və sosial nizamın qurulmasında nitq mədəniyyətinin epistemoloji rolu
Yeganə Qəhrəmanova 
Xülasə. Tədqiqat işi dilin fəlsəfi mahiyyətini, onun insan cəmiyyətindəki çoxşaxəli rolunu və düşüncə ilə qarşılıqlı əlaqəsini təhlil edir. Dil sadəcə ünsiyyət vasitəsi kimi deyil, eyni zamanda insanı təbiətin digər canlılarından fərqləndirən və cəmiyyətin ictimai-sosial strukturlarını tənzimləyən fundamental bir fenomen kimi araşdırılır. Məqalədə dilin yaranması ilə bağlı müxtəlif fəlsəfi yanaşmalar – teoloji, pozitivist, empirist və N. Marrın sinfi-ictimai nəzəriyyələri geniş şəkildə nəzərdən keçirilir. Xüsusilə dil və düşüncənin bir-birini tamamlayan "qoşa qanad" olduğu qənaətinə gəlinir; bu iki anlayış arasındakı qırılmaz rabitənin, nitq mədəniyyətinin formalaşmasında həlledici rol oynadığı vurğulanır. Dilin fonetik, leksik və qrammatik sistemlərinin fəlsəfi mahiyyətini dərk etmək, dil daşıyıcılarının idrak və düşünmə qabiliyyətlərini inkişaf etdirən zəruri intellektual fəaliyyət kimi qiymətləndirilir. Konfutsinin dilin nizamlandırıcı və ədaləti qoruyucu funksiyası ilə bağlı baxışlarına istinadən, məqalədə dilin düzgünlüyünün cəmiyyətdəki nizamın əsası olduğu göstərilir. Qeyd edir ki, dil və mədəniyyət vəhdətində insan idarəedici və tənzimləyici amildir; dilin fəlsəfi köklərini dərk etmək, xalqın dünyagörüşünü, milli mental xüsusiyyətlərini və tarixi inkişafını dolğun qavramağa imkan verir. Tədqiqat, dilin həm formal, həm də praktik baxımdan öyrənilməsinin vacibliyini akademik müstəvidə əsaslandırır.
Açar sözlər: dil, insan cəmiyyəti, ünsiyyət, fəlsəfi mahiyyət, düşüncə, nitq mədəniyyəti, mədəniyyət