DOI: https://doi.org/10.36719/2706-6185/07/23-26
Aygül İsmayıl qızı Qafarova
Bakı Dövlət Universitet
QARAÇUXUR QƏSƏBƏSİNİN TİMSALINDA TORPAQLARIN İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Dövlət torpaq kadastrının ən əhəmiyyətli tərkib hissəsi torpaqların iqtisadi qiymətləndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq yerinin münbitliyinin iqtisadi göstəricilər əsasında səciyyələndirilməsidir. Torpaqların iqtisadi qiymətləndirilməsi dövlət əhəmiyyətli bir tədbir olaraq, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına, torpaqların kəmiyyət və keyfiyyətcə uçotuna, torpaq tədqiqat materiallarına və torpaqların istehsal göstəricilərinə dair statistik məlumatlara istinad edir. Torpağın iqtisadi qiymətləndirilməsinin predmeti isə torpağın iqtisadi münbitliyidir. Münbitlik nöqteyi nəzərindən torpaq yeri və torpaq anlayışları eynidir.
Açar sözlər: torpaq, kadastr, qiymətləndirmə, mülkiyyət, kənd təsərrüfatı təyinatlı torpaqlar
Aygul Ismayil Gafarova
Baku State University
Economic assessment of lands on the example of garachukhur settlement
Abstract
The most important component of the state land cadastre is the economic assessment of lands. Economic assessment of lands is the characterization of land fertility, which is the main means of production in agriculture, on the basis of economic indicators. Economic assessment of lands as a measure of state importance refers to the state registration of land rights, quantitative and qualitative registration of lands, statistical data on land survey materials and land production indicators. The subject of the economic evaluation of the land is the economic fertility of the land. From the point of view of fertility, the concepts of land and land are the same.
Keywords: land, cadastre, assessment, property, agricultural lands