Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
Səliqə Qalib qızı Qazi
AMEA Zoologiya İnstitutu
elmi işçi
seliqeqazi08@gmail.com

ŞƏKƏR ÇUĞUNDURUNUN ÖYRƏNILMƏSINƏ DAIR
Xülasə
Şəkər çuğunduru yabanı halda bitən, əsas məhsulu yarpaq olan “Monqold” növmüxtəlifliyindən əmələ gəlmişdir. Həmin yarımnövün yabanı bitkilərinə Kiçik Asiya, Suriya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara dəniz sahillərində rast gəlinir. Bu bitkinin becərillməsinə eramızdan 2 min il əvvəl başlanılmışdır. Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu bitkinin yarpaqlarından müxtəlif xörəklər hazırlayırlarmış. Çuğundurun kökümeyvə kimi becərilməsinə isə eramızdan əvvəl V-VI əsrlərdə başlanılmışdır. Çuğundur sonradan Suriyadan Aralıq dənizi ölkələrinə, Fransa, İtaliya, İsveçrə, İspaniya və s. ölkələrə yayılmışdır[1].
Şəkər çuğunduru əsasən Rusiyada, Fransada, Polşada, Almaniyada, İtaliyada, Rumıniyada, İspaniyada, İngitərədə, Çexiyada, Slovakiyada, Belçikada, Macarıstanda, Yuqoslaviyada, Türkiyədə və ABŞ-da becərilir. Dünyada becərilən şəkər çuğunduru əkinlərinin 80%-i Avropanın payına düşür. Şəkər çuğundurunun tərkibində şəkərli maddənin olması və onun şəkər qamışının tərkibindəki şəkərəbənzər maddənin eyni olduğu ilk dəfə Markqraf tərəfindən müəyyən edilmişdir. O, bu haqda 1747-ci ildə Berlin Elmlər Akademiyasında məruzə etmişdir. Lakin onun laboratoriya şəraitində çuğundurdan ayırdığı şəkər barədə təcrübəsi o zaman lazımi diqqəti özünə cəlb etməmişdir. Markqrafın şagirdi alman alimi Axard 1797-ci ildə çuğundurdan şəkər almağın üsulunu təklif edir və bununla da Almaniyada ilk dəfə 1802-ci ildə şəkər zavodu tikilir. Rusiyada ilk şəkər zavodu 1802-ci ildə Tula quberniyasının Alyabevo kəndində Yesipov tərəfindən tikilmişdir [2]. 
Açar sözlər: aqrosenoz, bioekologiya, zərərverici, şəkər çuğunduru, stasionar sahələr

Saliga Galib Gazi

The study of sugar beet
Abstract
Sugar beet is formed from the "Mongol" variety, which grows in the wild and has a main leaf. Wild plants of this subspecies are found in Asia Minor, Syria, the Caucasus, the Mediterranean, the Caspian Sea and the Black Sea. The cultivation of this plant began 2,000 years ago. People living in the valleys of the Tigris and Euphrates rivers prepared various dishes from the leaves of this plant. The cultivation of beets as a root crop began in the 5th-6th centuries BC. Beets are then exported from Syria to the Mediterranean countries, France, Italy, Switzerland, Spain and others. spread to countries [1].
Sugar beet is grown mainly in Russia, France, Poland, Germany, Italy, Romania, Spain, England, the Czech Republic, Slovakia, Belgium, Hungary, Yugoslavia, Turkey and the United States. Europe accounts for 80% of the world's sugar beet cultivation. It was first determined by Markgraff that sugar beets contain the same amount of sugar and that the sugar-like content of sugar cane is the same. He reported on this in 1747 at the Berlin Academy of Sciences. However, his experiment with sugar, which he separated from beets in the laboratory, did not attract the necessary attention at that time. Markgraf's student, the German scientist Axard, proposed a method of extracting sugar from beets in 1797, and in 1802 the first sugar factory was built in Germany. The first sugar factory in Russia was built in 1802 by Yesipov in the village of Alyabevo, Tula Province.
Key Words: agrocenosis, bioecology, pests, sugar beet, stationary areas

MƏQALƏNİ YÜKLƏ [172.58 Kb] (yüklənib: 26)


Baxış: 518
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az