DOI: http://www.doi.org/10.36719/2707-1146/21/50-54
Elnurə Fazil qızı Səfərova
Azərbaycan Dövlət Pedoqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru, dosent
seferovaelnure@mail.ru
Elnurə Fazil qızı Səfərova
Azərbaycan Dövlət Pedoqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru, dosent
seferovaelnure@mail.ru
“CANLILARIN NƏSİL AĞACINDA İNSANIN YERİ” MÖVZUSUNUN
TƏDRİSİNDƏ MÜZAKİRƏ METODUNUN TƏDBİQİ
Xülasə
İnsan təbiətdəki bütün canlıların ən kamili, gözəli, təbiətin ən yüksək, nəcib, mükəmməl əsəri, iftixarıdır. İnsanın fəaliyyəti də digər canlılardan şüurlu, məqsədəuyğun olması ilə yüksəkdə durur. İnsan təkcə bioloji varlıq deyil, həm də sosioloji, ictimai varlıqdır. İnsan cəmiyyətdə yaşayır və onun bir hissəsini təşkil edir. İnsan yarandığı gündən etibarən ictimai münasibətlər daxilində olmuş və fəaliyyət göstərməyə başlamışdır. Ona görə də insana konkret fərd kimi deyil, bu və ya başqa cəmiyyətin üzvü kimi yanaşmaq düzgün olardı. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Dünyanın xalqlarına irqi, milli xüsusiyyətlərinə fərq qoyulmadan hamısına hörmət edilməlidir. Ümumtəhsil məktəblərində Biologiyanın tədrisində müzakirə metodunun tətbiqi ilə “Canlıların nəsil ağacında insanın yeri” mövzusunun tədrisi ilə mövzu daha ətraflı təhlil edilir [2]. Məqalədə “Canlıların nəsil ağacında insanın yeri” mövzusunun tədrisi nümunəvi dərs icmalı formasında verilmişdir.
Açar sözlər: təbiət, məktəb, biologiya, müzakirə, metod, dərs
Açar sözlər: təbiət, məktəb, biologiya, müzakirə, metod, dərs
Elnura Fazil Safarova
Application of the discussion method in teaching the subject
“The place of man in the genealogical tree of animals”
Abstract
Man is the most perfect, beautiful of all creatures in nature, the highest, noble, perfect creation, pride of nature. Human activity is also higher than other living beings because it is conscious and purposeful. Man is not only a biological being, but also a sociological, social being. Man lives in society and is a part of it. Man has been involved in social relations since the day of his creation and began to act. Therefore, it would be correct to treat a person not as a specific individual, but as a member of this or that society. Man is man's friend, companion and brother. All the peoples of the world should be respected regardless of their racial and national characteristics. By applying the discussion method in the teaching of Biology in general education schools, the topic is analyzed in more detail by teaching the topic "Man's place in the family tree of living things". In the article, the teaching of the topic "Man's place in the family tree of living things" is presented in the form of a sample lesson overview.
Кеуwords: nature, school, biology, discussion, method, lesson
Кеуwords: nature, school, biology, discussion, method, lesson
MƏQALƏNİ YÜKLƏ
[1.96 Mb] (yüklənib: 32)
Baxış:
950