Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
Südabə Nəsrəddin qızı İsgəndərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru

SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN UŞAQLARIN PEDAQOJİ
 DİAQNOSTİKASININ ƏSAS MEYARLARI
Xülasə
Təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların pedaqoji diaqnostikası onların koqnitiv; sosial-kommunikativ; nitq; bədii və estetik; fiziki, sağlamlıq və təhlükəsizlik istiqamətində inkişaf və təlim nəticələri sahələrində aparılır. Bilik, bacarıq və vərdişlər baxımından təlim nəticələri məktəbəqədər təhsilin kurikulumunda və sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri üçün standartlarda verilir.
Məqalədə müəllif Kiçik Yaşlı Uşaqların Təhsili üzrə Milli Assosiasiya tərəfindən 2-6 yaş arasında tipik inkişaf etmiş uşaqlar üçün hər yaş mərhələsinə uyğun olan qiymətləndirmə şkalası nümunəsi vermişdir. Həmçinin məqalədə məktəbəqədər təhsil proqramına və sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrinin standartlarına və 2 yaşdan 6 yaşa qədər uşaqlarda əqli vərdişlərin inkişafı bacarıqlarına uyğun olaraq idrak və əqli inkişafın müqayisəsi göstərilir.
Müəllif Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, ilkin diaqnostika bacarıqlarının qiymətləndirilməsi, xüsusi təhsil və reabilitasiya müəssisələrində təlimə cəlb olunduqdan sonra istifadə olunan modullar sistemini təklif edir.
Açar sözlər: sağlamlıq imkanları məhdud olan uşaqlar, pedaqoji diaqnostika, meyarlar, modullar sistemi, reabilitasiya müəssisələri

Sudaba Nasraddin Isgandarova

The main criteria of pedagogical diagnostics of children with disabilities
Abstract
Pedagogical diagnostics of children with disabilities is carried out in educational institutions in the direction of their mental, social and communicative, speech, artistic and aesthetic, physical development, health and safety in the areas of development and learning outcomes. The results of training on the level of knowledge, skills and abilities are given in the preschool curriculum and standards for preschool educational institutions of children with disabilities.
The author in the article will give an example of a rating scale corresponding to each age stage for typical children with underdevelopment aged 2 to 6 years, conducted by the National Association for Early Childhood Education. In the article, the author points out a comparison of cognitive and mental development according to the preschool educational program and according to the standards of preschool educational institutions for children with disabilities and skills for the development of mental habits in children aged 2 to 6 years.
The author offers a system of modules, approved by the National Ministry of Education of Turkey, used to assess the skills of primary diagnosis and after involvement in training in special educational and rehabilitation institutions.
Keywords: children with disabilities, pedagogical diagnosis, criteria, system of modules, rehabilitation institutions

MƏQALƏNİ YÜKLƏ [2,62 Mb] (yüklənib: 36)

Baxış: 298
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]