Afaq Bəxtiyar qızı Nəsibova
Bakı Slavyan Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
afaqnesibova@mail.ru
XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA
PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI TARİXİNDƏN
PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI TARİXİNDƏN
Xülasə
XIX əsrdən başlayaraq çarizmin işğalçılıq siyasəti uzun illər Azərbaycan xalqının maarif və mədəniyyətinin inkişafına maneəçilik törətmişdi. Lakin bununla belə XIX əsrin sonlarından etibarən Azərbaycanda istər sənaye və təsərrüfat sahələri, istərsə də mədəniyyət və maarif sahələrində də canlanma müşahidə olunmaqda idi. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, iqtisadi, siyasi və mədəni inkişafa baxmayaraq, XX əsrin əvvəllərində hələ də əhalinin əksər hissəsi savadsız idi. İbtidai savadı və peşə bilgisi olmayan əhali öz haqq və hüququnu da müdafiə edə bilmirdi. Eyni işi gördükləri halda xaricdən gələn işçilər yerli işçilərdən daha çox əmək haqqı alırdı. Buna səbəb kimi çarizmin qeyri-rus xalqlarının, o cümlədən Azərbaycan xalqının savadlanmasını özü üçün böyük bir təhlükə hesab etməsi ilə əlaqədər, müxtəlif bəhanələr gətirərək hər addımbaşı milli ucqarlarda elm və savadın yayılmasına maneə törətməsi olmuşdur. Çünki sadə xalqın elm və savada yiyələnməsi onun azadlığı yolunda atılmış ən böyük addım olardı.
Açar sözlər: maarif, savad, peşə təhsili, fəhlələr, sənaye
Afag Bakhtiyar Nasibova
Baku Slavic University
doctor of philosophy in pedagogy
From the history of the development of professional education in Azerbaijan
at the end of the XIX –beginning of the XX century
at the end of the XIX –beginning of the XX century
Abstract
Starting from the 19th century, the occupation policy of tsarism hindered the development of education and culture of the Azerbaijani people for many years. However, since the end of the 19th century, there has been a revival in Azerbaijan both in the sphere of industry and economy, and in the sphere of culture and education. We note with regret that, despite economic, political and cultural development, at the beginning of the 20th century, the majority of the population was still illiterate. The population without primary education and professional knowledge could not defend their rights. Foreign workers were paid more than local workers for the same work. The reason for this was that tsarism considered the education of non-Russian peoples, including the people of Azerbaijan, a great threat to itself, and at every step prevented the spread of science and literacy in the national hinterlands, giving various excuses. Because the acquisition of science and knowledge by ordinary people would be the biggest step towards their freedom.
Кеywоrds: enlightenment, literacy, professional education, workers, industry
MƏQALƏNİ YÜKLƏ
[466.62 Kb] (yüklənib: 12)
Baxış:
336