Nurlanə Hümmət qızı Məmmədova
Azərbaycan Milli Elmlər Akademiyası
doktorant
memmedovanurlane89@gmail.com

MƏSUD ƏLİOĞLUNUN TƏNQİDİNDƏ “ATALAR VƏ OĞULLAR” MÖVZUSU

Xülasə

Bədii ədəbiyyatın hər bir mərhələsində ata ilə oğul arasında olan münasibətlər qələmə alınmışdır. Qədim və orta əsrlər ədəbiyyatına aid mətnlərdə təsadüf etdiyimiz bu mövzu tarixi şəraitin tələblərindən asılı olaraq XIX əsrdə başqa bir məzmun ifadə etməyə başladı. Belə qənaətə gəlirik ki, XIX əsri dönüş nöqtəsi kimi götürə bilərik. Bu mövzuya tədqiqatlarında yer verən ədəbiyyatşünaslarımızın içərisində Məsud Əlioğlunun araşdırması xüsusilə seçilir. Sərlövhəsi simvolik mahiyyət daşıyan “Atalar və oğullar” məzmunlu məqalələrdə iki nəsil arasındakı fikir konflikti diqqət mərkəzinə çəkilir. O, təkcə ata-oğul münaqişəsindən danışmır, bu mübarizəni köhnə ilə yeninin mübarizəsi kimi götürürdü. Belə ki, tənqidçi əsərlərində yalnız mühafizəkar ataları deyil, həyatda yolunu tapa bilməyən, təhsildən, elmdən xəbərsiz oğulları da tənqid etmişdir. Məqalədə ata-oğul münasibətlərinin aydınlaşdırılmasında tərbiyə və mühit amili, böyüklərə hörmət, müsbət qəhrəman problemi təhlil ediləcəkdir.
  Açar sözlər: Məsud Əlioğlu, tənqidçi, müsbət qəhrəman, mühit, yenilik

Nurlana Hummat Mammadova 

Azerbaijan National Academy of Science

PhD student

memmedovanurlane89@gmail.com


The topic of “Fathers and Sons” in Masud Alioglu criticism
Abstract
The relationship between father and son is written in every stage of literature. Depending on the requirements of the historical conditions, this theme, which we encounter in the texts of the ancient and medieval literature, began to express a different content in the 19th century. We conclude that we can take the 19th century as a turning point. Masud Alioglu's research is particularly distinguished among our literary critics who have given space to this topic in their research. The articles with the symbolic title “Fathers and Sons” focus on the conflict of ideas between the two generations. He did not only talk about the father-son conflict, he took this struggle as a struggle between the old and the new. Thus, in his works, the critic criticized not only the conservative fathers, but also the sons who could not find their way in life and were ignorant of education and science. The article will analyze the upbringing and environment factor, respect for elders, and the problem of a positive character in the clarification of father-son relations.
  Keywords: Masud Alioglu, critic, positive character, environment, innovation

MƏQALƏNİ YÜKLƏ [431.62 Kb] (yüklənib: 12)


Baxış: 336
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az