Röya Mirtaleh qızı Mirtalıbova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
magistrant
roya.mirtalibova@gmail.com
BEYNƏLXALQ HÜQUQDA YURİSDİKSİYA MƏSƏLƏLƏRİNDƏ
NƏZƏRİ VƏ PRAKTİKİ PROBLEMLƏR: ÜMUMHÜQUQİ VƏ İNDİVİDUAL YANAŞMA
NƏZƏRİ VƏ PRAKTİKİ PROBLEMLƏR: ÜMUMHÜQUQİ VƏ İNDİVİDUAL YANAŞMA
Xülasə
Dövlətin suveren hüquqlarının realizəsi üçün yurisdiksiya anlayışı mühüm əhəmiyyətə malikdir və buna görə də dövlətlərin qarşılıqlı münasibətlərin həyata keçirilməsinin bütün mərhələlərində bu institutun əhəmiyyəti, rolu və mahiyyəti haqqında məsələ özünün aktuallığı ilə həmişə diqqəti cəlb etmiş, beynəlxalq və dövlətdaxili hüquq doktrinasında ciddi müzakirələrə və elmi araşdırmalara stimul vermişdir. Latın mənşəli termin olan yurisdiksiya- azərbaycan dilində hüquqdan danışıram mənasını ifadə etməklə hüquqi praktikada istifadə olunan ən geniş yayılmış terminlərdən biridir, lakin nə qədər paradoksal olsa da nə dövlətdaxili hüquqda, nə də beynəlxalq hüquqda onun mahiyyəti və məzmununa dair vahid yanaşma və anlayış yoxdur. beynəlxalq hüquqda və dövlətdaxili hüquqda yurisdiksiyanın müəyyənliyinə dair elmi nəzəriyyələri və konsepsiyaları araşdırmaq və təhlil etmək; yurisdiksiyanın hüquq praktikasında tətbiq edilən növlərini və tətbiqi prinsiplərini izah etmək; beynəlxalq və dövlətdaxili qanunvericilik aktlarında universal yurisdiksiyanın nəzərə alınması şərtlərini, tətbiq dairəsini müqayisəli şəkildə araşdırmaq və buna müvafiq olaraq təklif və tövsiyələr vermək; dövlətlərin və beynəlxalq orqanların praktikasında universal yurisdiksiya prinsipinin hansı kontekstdə nəzərə alınıb-alınmamasına dair konkret işləri təhlil etmək; universal yurisdiksiyanın tətbiq sferasına aid olan cinayətlərin milli qanunlarda nəzərə alınması xüsusiyyətlərini üzə çıxarmaq; AR-ın cinayət qanununun universal yurisdiksiyaya dair mövqeyini təhlil etmək və uyğunsuzluqları qeyd etmək və s. yazı işinin məqsədlərini təşkil edir.
Açar sözlər: dövlət suverenliyi, kompetensiya, toxunulmazlıq, konvensiya, yurisdiksiya, mühakimə
Roya Mirtaleh Mirtalibova
Theoretical and practical problems in the matters of jurisdiction
in international law: general and individual approach
in international law: general and individual approach
Abstract
The concept of jurisdiction is of great importance for the realization of the sovereign rights of the state, and therefore the importance and role of this institution at all stages of the implementation of mutual relations between states. and the issue of its essence has always attracted attention with its relevance, stimulated serious discussions and scientific researches in international and domestic legal doctrine. Jurisdiction, which is a term of Latin origin, is one of the most widespread terms used in legal practice, expressing the meaning of "I am talking about law" in the Azerbaijani language, but no matter how paradoxical it is, neither domestic law nor international law has a unified approach and understanding of its essence and content. there is no to examine and analyze the scientific theories and concepts of the determination of jurisdiction in international law and domestic law; to explain the types and application principles of jurisdiction applied in legal practice; to comparatively examine the conditions of consideration of universal jurisdiction in international and domestic legislative acts, the scope of application and make suggestions and recommendations accordingly; to analyze concrete cases on the context in which the principle of universal jurisdiction is taken into account in the practice of states and international bodies; to reveal the features of consideration of crimes in national laws that belong to the sphere of application of universal jurisdiction; To analyze the position of AR's criminal law on universal jurisdiction and point out inconsistencies, etc. constitutes the goals of the writing work.
Keywords:state sovereignty, competence, immunity, convention, jurisdiction, judgment
MƏQALƏNİ YÜKLƏ
[2.94 Mb] (yüklənib: 47)
Baxış:
460