Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv

DOI: https://doi.org/10.36719/2707-1146/33/7-14

İradə Nuriyeva 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Zoologiya İnstitutu

biologiya üzrə fəlsəfə doktoru

iradafatima@mail.ru

UOT 632.7


AZƏRBAYCANDA FINDIQ BİTKİSİNƏ (CORYLUS MAXIMA MILL.) 

ZİYAN VURAN İNVAZİV HƏŞƏRATLAR


Xülasə

Azərbaycan fındıq (Corylus maxima Mill.) istehsalına görə dünyanın öndə gedən ölkələri siyahısındadır. Respublikamızda fındıqçılığın inkişafına dövlət tərəfindən dəstək verilir. Geniş ərazilərdə monokultura kimi becərilən fındıq bir sira ziyanvericilərin və xəstəliklərin təsirinə məruz qalır ki, onlarla da intensiv mübarizə aparılmalıdır. Becərilən məhsulun keyfiyyətli və itkisiz başa gəlməsi üçün bu bitkilərin ziyanvericiləri hərtərəfli araşdırılmalı, onlara qarşı mübarizə tədbirləri görülməlidir. Tədqiqat apardığımız müddətdə (2017-2023-cü illər) fındıqda 4 növ invaziv ziyanvericilər aşkarlanmışdır: amerika ağ kəpənəyi  (Hyphantria cunea), qəhvəyi mərmər taxtabiti (Halyomorpha halys Stal.), ağ cırcıramacıq (Metcalfa pruinosa), cənubi anbar odlucası və ya  hindistan güvəsi (Plodia interpunctella).

Açar sözlər: zərərverici, invoziv növ, sürfə, imaqo, fitofaq, polifaq, entomofaq


Irada Nuriyeva

Institute of Zoology of the Ministry of Science and 

Education of Azerbaijan Republic

Ph.D in Biology

iradafatima@mail.ru

UOT 632.7


Invasive insects damaging hazelnut plant (Corylus maxima Mill.) in Azerbaijan


Abstract

Azerbaijan is one of the world's leading countries in the production of hazelnuts (Corylus maxima Mill.). The development of cultivation the hazelnuts in our republic is supported by the state. The pests of these plants should be carefully investigated and measures taken to combat them so that the grown product is of good quality and without loss. During the period of our research (2017-2023), 4 species of invasive hazelnut pests were identified: the fall webworm (Hyphantria cunea), the brown marmorated stink bug (Halyomorpha halys), the citrus flatid planthopper (Metcalfa pruinosa) and southern barn moth or Indianmeal moth (Plodia interpunctella).

Keywords: pest, invasive, larva, adult, polyphage, entomophage

MƏQALƏNİ YÜKLƏ [468.49 Kb] (yüklənib: 55)


Baxış: 401
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az