DOI: https://doi.org/10.36719/2789-6919/28/35-39
Əjdərəli Qafarov
Naxçıvan Universiteti
magistrant
SOSİAL YÖNÜMLÜ BAZAR İQTİSADİYYATI DÖVLƏTİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ MODELİ KİMİ
Xülasə
Kapitalist sisteminin nüvəsində yaxşı işləyən azad bazar mexanizmi dayanır. Lakin bəzi problemlər var ki, azad bazar onları həll edə bilmir. Bu problemlərin həllində dövlətin üzərinə mühüm vəzifələr qoyulub. Qanunlar vasitəsilə ictimai asayişin təmin edilməsi, cəmiyyətin digər üzvlərinin istisna oluna bilməyəcəyi ictimai sərvətlərin istehsalı, ayrı-seçkilik gücünə malik olmayanların müdafiəsi, müsbət və mənfi xarici təsirlərin yaxşılaşdırılması və təbii inhisarların formalaşması bu sıraya aid edilə bilər. Lakin dövlətin iqtisadiyyata müdaxiləsi bu çərçivədən kənara çıxarsa, iqtisadi inkişafa müxtəlif təsirlər yarada bilər.
Ədəbiyyatda dövlət sektorunun böyüklüyünün məhsuldarlığa və inkişafa təsiri müxtəlif yanaşmalarla izah olunmağa çalışılmışdır. Bu yanaşmalar dövlət sektorunda biznesin səmərəsiz aparılması, tənzimləmələrin iqtisadi sistemə tətbiq etdiyi həddindən artıq xərclər, həyata keçirilən pul və fiskal siyasətlərin əksəriyyətinin iqtisadi stimulları təhrif etməyə və səmərəliliyi azaltmağa meylli olması kimi səbəblərə əsaslanır.
Dövlət sektorunda artımın yaratdığı ağır vergi yükü ümumi əmanətlərin və buna görə də investisiyaların azalmasına və uzunmüddətli perspektivdə rifahın itirilməsinə səbəb ola bilər. Bundan əlavə, vergi yükünün artması bir nöqtədən sonra qeyri-formal iqtisadiyyatı təşviq edə bilər.
Açar sözlər: sosial, sektor, maliyyə, iqtisadiyyat, bazar
Ajdarali Gafarov
Nakhchivan University
master student
Socially oriented market economy as a model of state socio-economic development
Abstract
At the core of the capitalist system is a well-functioning free market mechanism. But there are some problems that the free market cannot solve. Important tasks have been assigned to the state in solving these problems. These include the provision of public order through laws, the production of public goods from which other members of society cannot be excluded, the protection of those who do not have the power to discriminate, the amelioration of positive and negative externalities, and the formation of natural monopolies. However, if the state's intervention in the economy goes beyond this framework, it can have various effects on economic development.
In the literature, the influence of the size of the public sector on productivity and development has been tried to be explained with different approaches. These approaches are based on reasons such as the inefficient conduct of business in the public sector, the excessive costs that regulations impose on the economic system, and the fact that most of the monetary and fiscal policies implemented tend to distort economic incentives and reduce efficiency.
A heavy tax burden caused by an increase in the public sector can lead to a reduction in aggregate savings and therefore investment and a loss of welfare in the long run. Furthermore, an increase in the tax burden may encourage the informal economy after a point.
Keywords: social, sector, finance, economy, market