DOI: https://doi.org/10.36719/2707-1146/40/44-49
Şəfəq Orucova
Naxçıvan Dövlət Universiteti
doktorant
safaq.aliyeva.82@mail.ru
NAXÇIVAN MR-DA LANDŞAFT-EKOLOJİ MÜXTƏLİFLİYİN QORUNMASINDA XÜSUSİ MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏRİN ROLU
Xülasə
Məqalədə Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan ərazilərindən: qoruqlarından, milli parklarından, ekoloji tarazlığı saxlamaq məqsədilə landşaft-ekoloji müxtəlifliyin qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsindən danışılır. Təbiətdən düzgün və səmərəli istifadənin ən vacib komponentlərindən biri kimi xüsusi mühafizə olunan ərazilərə diqqət edilir, milli park, qoruq yaradılması ilə təbiəti mühafizə sisteminin əsasının təşkil edilməsi vacib hesab olunur.
Landşaftların kompleks şəkildə öyrənilməsi və tədqiqi haqqında elmi-nəzəri fikirlər irəli sürülür. Muxtar respublikada ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və flora növlərinin, torpaq, su ehtiyatları və digər təbiət kompleksləri, həmçinin abidələrin mühafizəsi məsələsinin zəruriliyi əsaslandırılır. Bundan başqa, məqalədə ilk xüsusi mühafizə olunan təbiət ərazisi kimi Ordubad Dövlət Təbiət Yasaqlığından, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkından, Arazboyu Dövlət Təbiət Yasaqlığından, Arpaçay Dövlət Təbiət Yasaqlığından, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkından, qorunan heyvanlar aləmindən, bitki növlərindən də bəhs edilir.
Açar sözlər: qoruq, yasaqlıq, milli park, təbiət, landşaft
Shafag Orujova
Nakhchivan State University
PhD student
safaq.aliyeva.82@mail.ru
The role of specially reserved areas in the protection of landscape and ecological diversity in Nakchivan Autonomous Republic
Abstract
The article talks about specially protected areas of the Nakhchivan Autonomous Republic: nature reserves, national parks, the implementation of a number of measures to protect landscape and ecological diversity in order to maintain ecological balance. Attention is paid to specially protected areas as one of the most important components of the correct and effective use of nature; it is considered important to lay the foundation of an environmental system by creating a national park and reserve.
Scientific and theoretical ideas about the comprehensive study and research of landscapes are put forward. In the autonomous republic, the need to protect the environment, rare and endangered species of fauna and flora, lands, water resources and other natural complexes, as well as monuments has been substantiated. In addition, the article mentions the Ordubad State Nature Reserve, the Ordubad National Park named after Academician Hasan Aliyev, the Arazboy State Nature Reserve, the Arpachay State Nature Reserve, the Zangezur National Park named after Academician Hasan Aliyev as the first specially protected natural area, protected species of fauna and flora are also mentioned.
Keywords: reserve, restricted territory, national park, nature, landscape