DOI: https://doi.org/10.36719/2789-6919/31/156-159
Fariz İsgəndərov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
fariz.isgenderov.200@gmail.com
QUYULARIN GEOFİZİKİ TƏDQİQATI VƏ TEXNİKİ VƏZİYYƏTİNİN ÖYRƏNİLMƏSİNİN ÜSULLARI
Xülasə
Yer qabığının dərin qatlarında tükənməz qiymətli sərvətlər mövcuddur. Bu sərvətlərin yerləşdiyi yerləri dəqiq təyin etmək məqsədilə alimlər son bir neçə on ildir ki, dəqiq təbiət elmlərini birləşdirərək böyük sıçrayışla inkişaf edən yeni elmi istiqamət- “Geofiziki kəşfiyyat” üsullarını işləyib hazırlamışlar.
Ayrı-ayrı süxurlar müxtəlif maqnit xassəsinə, sıxlığa, elastikliyə, elektrik keçiriciliyinə, radioaktivliyə və fiziki-kimyəvi aktivliyə malikdir. Bu xassələr yer qabığının qatlarında müxtəlif birləşmələrdə yatağın fiziki xassələrinin səciyyəvi xüsusiyyətlərini, bütövlükdə isə onun strukturunu təyin etməyə imkan verir. Bu isə geoloji kəşfiyyat işlərində geniş istifadə olunur.
Qeyd etmək lazımdır ki, hal-hazırda böyük həcmdə geofiziki kəşfiyyat işləri su hövzələrinin, dəniz və okeanlarının dibində aparılır, çünki orada geolaqların adət etdiyi üsullar qəti tətbiq oluna bilmir. Neft-qaz və faydalı qazıntı yataqlarını aşkar etmək üçün dəniz kənarı şelflərin öyrənilməsində geofiziki kəşfiyyat üsulları müvəffəqiyyətlə istifadə olunur.
Açar sözlər: Quyuların Geofiziki Tədqiqatı, qravimetrik karotaj, quyu kəsilişi, qərarlaşmış rejim, radioaktivlik
Fariz İsgandarov
Azerbaijan State Oil and İndustry University
master student
fariz.isgenderov.200@gmail.com
Geophysical survery of wells and methods of studying their technical condition
Abstract
There are inexhaustible valuable resources in the deep layers of the deep layers of the earth’s crust. In order to accuarately determine the locations of these resources, scientists have been developing the new scientific direction “Geophysical exploration” methods for the last several decades, combining exact natural sciences and develiping with great leaps.
Different rocks have different magnetic properties, elastrical conductivity, radioactivity and physical –chemical activity. The properties make it possible to determine the characteristic features of the deposit in various combinations in the layers of the layers of the earth’s crust, and its structure as a widely used in geological exploration.
It should be noted that currently a large amount of geophysical explotation work is carried out at the bottom of watter basins, seas and oceans, because the methods used by geologist cannot be geologists cannont be applied there. Geophysical exploration methods are successfully used in the study of offshore shelves to detect oil and gas and mineral deposits.
Keywords: Geophysical Survey of Wells, gravimetric logging, well logging, steady state, radioactivity