DOI: https://doi.org/10.36719/2789-6919/32/148-154

Bətulə Tarverdiyeva 

Naxçıvan Dövlət Universiteti

magistrant

[email protected]


İBTİDAİ ARAŞDIRMA


Xülasə

Cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsi törədilmiş cinayətlərin və onu törədən şəxslərin aşkar edilməsini, sübutların toplanmasını və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətlərin aparılmasını tələb edir. Bütün bu hərəkətlərin yerinə yetirilməsi təhqiqat və istintaq orqanlarına həvalə edilmişdir. Məqaləmdə Azərbaycan Respublikasında polis, prokurorluq, gömrük kimi orqanların ibtidai araşdırmanın təkmilləşdirilməsində rolunu xüsusi qeyd edərək ibtidai araşdırmanın təcrübədə formalaşaraq inkişaf etdiyini xüsusi vurğulamaq istəyirəm. Çünki ibtidai araşdırma cinayətkarlıqla mübarizədə təməl mərhələ rolunu oynamaqla cinayətlərinin üstünün açılmasının mənbəyidir, məhkəməyədək icraatdır. Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasında məhz bu orqanların qarşılıqlı fəaliyyəti, təcrübələrini paylaşıb qanunvericiliyin formalaşmasına təsiri danılmazdır. Savadlı və güclü taktiki biliklərə malik təhqiqatçı və müstəntiqlər ibtidai araşdırma zamanı cinayətin üstünü açaraq təkcə cəmiyyət üçün deyil, ədalət üçün öz sözlərini demiş olurlar. İbtidai araşdırma cinayət işinin açılmasında və cinayətkarın cəzalandırılmasında məhkəməyə aparan, məsuliyyət, səy, əmək tələb edən yoldur. 

Açar sözlər: cinayət, ibtidai araşdırma, cinayətkarlıq, təhqiqatçı, müstəntiq, ibtidai araşdırma, məcəllə, mərhələ 


Batula Tarverdiyeva

Nakhchivan State University

master student

[email protected]


Primary research


Abstract

The fight against crime and the implementation of justice require the detection of committed crimes and their perpetrators, collection of evidence and other actions provided for in the criminal procedural legislation. The performance of all these actions is entrusted to the investigation and investigative bodies. In my article, I would like to highlight the role of the police, prosecutor's office, and customs in the improvement of the preliminary investigation in the Republic of Azerbaijan, and emphasize that the preliminary investigation is formed and developed in practice. Because the preliminary investigation plays the role of the basic stage in the fight against crime and is the source of the discovery of crimes, it is a pre-trial proceeding. The interaction of these bodies, sharing their experiences and the influence on the formation of legislation is undeniable in further increasing the effectiveness of the fight against crime and law violations. Educated and strong tactical knowledge investigators and investigators solve the crime during the preliminary investigation and say their words not only for the society, but for justice. The preliminary investigation is the path leading to the court in opening a criminal case and punishing the criminal, which requires responsibility, effort, and labor.

Keywords: crime, preliminary investigation, criminality, investigator, investigator, preliminary investigation, code, stage

MƏQALƏNİ YÜKLƏ [537,45 Kb] (yüklənib: 17)

Baxış: 56
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]