DOI: https://doi.org/10.36719/2706-6185/35/72-75
Pərvin Qafarova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ
Xülasə
Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır. Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi, təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradılması və qısa vaxt ərzində mikro və makro aləmdə baş verən hadisə və prosesi ardıcıllıqla izləmək imkanlarının yaradılmasını misal göstərmək olar. Bu texnoloji yeniliklərin hamısını özündə birləşdirən, ən əsas və yeni model STEAM tədris modelidir.
Biologiya dərslərində STEAM-dan istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalıdır. Bununla yanaşı bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır. Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə, ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı diqqətli və ehtiyatlı yanaşma, təbiətə məhəbbət hissi formalaşır. Şagird müəyyən dərəcədə öz sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm olduğunu anlayır, öz orqanizminin quruluş və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır. Məktəbdə işlədiyim müddət ərzində belə bir fikrə gəlmişəm ki, yaxşı nəticə əldə etmək üçün hər bir müəllim öz fənninə marağı artırmalı, bunun üçün isə dərs zamanı müasir-pedaqoji üsullardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməlidir.
İKT-dən biologiya dərsində istifadə tədris edilən fənnin keyfiyyətini də artırmağa kömək edir, müxtəlif obyektlərin nümayişini asanlaşdırır. Biologiyanın məktəbdə tədrisi mütəmadi olaraq təcrübələrin nümayişinə əsaslanır.
Açar sözlər: STEAM, şagird, məktəb, biologiya, fənn
Parvin Gafarova
Azerbaijan State Pedagogical University
Doctor of Philosophy in Pedagogy
Steam Model in Biology Teaching
Abstract
The use of information technologies in biology classes provides a number of opportunities for the teacher. Examples of these include organizing the conscious activity of students during the educational process, creating greater opportunities for applying an individual approach in the learning process, and creating opportunities to follow the events and processes that occur in the micro and macro world in a short period of time. The most important new model that incorporates all of these technological innovations is the STEAM learning model.
When using STEAM in biology classes, the stages of the lesson should be clarified in advance. At the same time, it should be considered that biological knowledge plays an important role in the life and activities of students. It is thanks to biological education that a careful and careful approach to oneself, others, and all living things in general, and a feeling of love for nature are formed in students from the teenage years. To a certain extent, the student understands how important it is to take care of his health, he knows the structure and functions of his body, and because he understands what ecology means, he develops a feeling of sympathy for the flora and fauna. During the time I worked at the school, I came to the idea that in order to achieve good results, every teacher should increase interest in his subject, and for this he should use modern pedagogical methods, including information and communication technologies.
The use of ICT in the biology class helps to increase the quality of the taught subject and facilitates the demonstration of various objects. The teaching of biology at school is regularly based on the demonstration of experiments.
Keywords: STEAM, student, school, biology, subject