DOI: https://doi.org/10.36719/2706-6185/36/23-28
Sevinc Mahmudova
Azərbaycan Dövlət Aqrar Universiteti
Ruzanə Süleymanova
Azərbaycan Dövlət Aqrar Universiteti
Məlaikə Xudaverdiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
melaikexudaverdiyeva1982@gmail.com
Sevinc Tağıyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Anna Gruzina
Azərbaycan Dövlət Aqrar Universiteti
CEYN OSTİN YARADICILIĞINDA QƏHRƏMANLARIN NİTQİNİN
ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
Məqalədə XIX əsr İngiltərəsinin məşhur feminist yazıçısı Ceyn Ostinin roman qəhrəmanlarının nitq xüsusiyyətləri onun üslub spesifikliyi müstəvisində tədqiq olunur. Yazıçının əyalət kübar cəmiyyətinin üzvlərinin danışıq maneralarını aydınlaşdırmaqla dövrün dil mənzərəsini yaratmaq cəhdləri aşkara çıxarılır, bədii əsərdə personajların xarakterlərini onların öz nitqlərinin köməyi ilə təqdim etmək üslubu təhlilə cəlb olunur.
Aydın olur ki, bədii əsərin qəhrəmanları üçün səciyyəvi olan keyfiyyətlər onların nitqində ifadəsini tapır. C. Ostin yaradıcılığı üçün xarakterik olan üslubi məqamlardan biri də dialoji və monoloji nitqlərin növbələşməsi, bəzi hallarda daxili nitqin ünsiyyət prosesində formalaşmasıdır. Janr eyniliyinə görə bir sıra üslubi xüsusiyyətlərin ümumiliyi, dövrün dil, danışıq tərzinin ümumiliyi və sosial qruplara görə fərqliliyi, nəhayət, mövzunun yaxınlığı, bütün bunlar üslubi tədqiqatlarda spesifikliklə ümumiliyi əlaqələndirir. C. Ostin yaradıcılığı da bir çox parametrləri ilə seçilir, spesifiklik qazanır.
Əvvəla, o, qadın yazıçıdır və romanlarının əsas qəhrəmanları qadınlar, qoyduğu məsələlər qadın həyatı, məişəti ilə feminizmlə sıx bağlılığa malikdir. İkincisi, o, ilk dəfə olaraq, əyalət kübar cəmiyyətinin, onun üzvlərinin həyat tərzini, məişətini, normalarını bir mövzu kimi ortaya atmış, müxtəlif romanlarında bu mövzunun fərqli aspektlərini də işıqlandırmağa çalışmışdır. Üçüncüsü, Ceyn Ostin XIX əsr viktorian dövrü İngiltərəsindəki dil mənzərəsini əyalət kübar cəmiyyəti üzvlərinin nitq sistemi kimi ortaya qoymuş, centri dili, centri üslubunu müzakirə və təhlil müstəvisinə çıxara bilmişdir. Dördüncüsü, C. Ostin əyalət kübar cəmiyyətində qadın və kişi dili, qadın-qadın, qadın-kişi ünsiyyət sisteminin incəliklərini, qadınlararası və kişilərarası dialoqların xüsusiyyətlərini, daxili nitqin özəlliklərini açmağa çalışmış və ya bunun üçün ən azı kifayət qədər geniş material yaratmışdır.
Açar sözlər: üslub, nitq, daxili nitq, dialoq, monoloq, xarakter, personaj
Sevinj Mahmudova
Azerbaijan State Agrarian University
sevinc.020ss@gmail.com
Ruzana Suleymanova
Azerbaijan State Agrarian University
ruzanesuleymanova@gmail.com
Melaike Khudaverdiyeva
Azerbaijan State Agrarian University
melaikekhudaverdiyeva1982@gmail.com
Sevinj Taghiyeva
Azerbaijan State Agrarian University
tagiyevasevinc243@gmail.com
Anna Gruzina
Azerbaijan State Agrarian University
annagruzina999@gmail.com
Stylistic features of the speech of the heroes in the works of Jane Austen
Abstract
The article examines the speech features of the novel characters of the famous 19th century English feminist writer Jeyn Austin in terms of its stylistic specificity. The author's attempts to create a linguistic picture of the time by revealing the speech patterns of the members of the provincial aristocratic society are revealed, and the style of presenting the characters of the characters in the work of art with the help of their own speeches is analyzed.
It is clear that the qualities that are characteristic of the heroes of a work of art are expressed in their speech. One of the stylistic features of J. Austin's work is the alternation of dialogic and monologue speeches, and in some cases the formation of internal speech in the process of communication. The commonality of a number of stylistic features due to the similarity of genres, the generality of language, speech and social groups of the period, and finally the closeness of the subject, all these are related to specificity in stylistic research. J. Austin's work is also distinguished by many parameters, gaining specificity.
First of all, she is a female writer, and the main characters of her novels are women, and the issues she raises are closely connected with women's life and feminism. Secondly, for the first time, he presented the lifestyle, life and norms of the provincial aristocracy and its members as a subject, and in his various novels he tried to shed light on different aspects of this subject. Third, Jane Austen presented the linguistic landscape of nineteenth-century Victorian England as a speech system for members of the provincial aristocracy, bringing the central language, the central style, to the level of discussion and analysis. Fourth, J. Austin tried to reveal in the aristocratic society of the state the subtleties of the female and male language, the subtleties of the female-male, female communication system, the features of inter-female and inter-male dialogues, or at least quite extensive material.
Keywords: style, speech, inner speech, dialogue, monologue, character, character