DOI: https://doi.org/10.36719/2706-6185/37/31-35
Şöhrət Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
sohret.nesirova24@gmail.com
https://orcid.org/0009-0006-6553-6385
RƏŞİD BƏY ƏFƏNDİZADƏ VƏ FOLKLOR
Xülasə
Folklor və yazılı ədəbiyyat məsələləri on doqquzuncu yüzillikdən bu yana müxtəlif səviyyələrdə elmi-nəzəri fikrin maraq dairəsində olmuşdur. Klassik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcılığı haqqında söylənən fikir və mülahizələr bunun göstəricisidir və həmişə də təhlillərdə artan tendensiya ilə özünü göstərmişdir. X. Şirvaninin, N. Gəncəvinin, M. Gəncəvinin, A.Ərdəbilinin, M. Əvhədinin, Ə. Təbrizinin, Q. Bürhanəddinin, Ş. İ. Xətainin, M. Füzulinin, M. V. Vidadinin, Q. Zakirin, Ə. Nəbatinin, C. Məmmədquluzadənin, M. Ə. Sabirin, S. Vurğunun, O.Sarıvəllinin, H. Arifin və onlarla digər sənətkarların yaradıcılığı folklor və yazılı ədəbiyyat kontekstində araşdırılmış və bir-birindən maraqlı mülahizələr yürüdülmüşdür. R. Əfəndizadənin uşaqlar üçün yazdığı şeirlər də bu baxımından əsaslı faktura ilə diqqət önünə gəlir və müxtəlif aspektli təhlillərin aparılmasını zəruriləşdirir.
M. F. Axundov ədəbi məktəbinin davamçısı kimi təsəvvür sərgiləyən sənətkarın ədəbi irsi və elmi-pedaqoji fəaliyyəti XIX əsrin sonu XX əsrin əvvəllərinin zənginliyinə köklənməklə etnik özünüifadənin müəyyənlik axarında əsaslı təsəvvürlərə bağlanır. Onun poetik irsi, nəsri, dramaturgiyası bütün mahiyyəti ilə dövrün problemlərinin həllinə köklənmək baxımından tərbiyəvi məzmunu ilə bir əvəzsizlik sərgiləyir.
Açar sözlər: folklor, yazılı ədəbiyyat, uşaq şeirləri, təmsil, lətifə, nağıl, məsəl, rəvayət
Shohrat Mammadova
Azerbaijan State Pedagogical University
Doctor of Philosophy in Philology
sohret.nesirova24@gmail.com
https://orcid.org/0009-0006-6553-6385
Rashid Bey Efendizade and folklore
Abstract
The issues of folklore and written literature have been in the sphere of interest of scientific-theoretical thought at various levels since the nineteenth century. The opinions and judgments expressed about the creativity of prominent representatives of classical literature are an indicator of this and have always shown themselves with an increasing trend in the analyses. H. Shirvani, N.Ganjavi, M. Ganjavi, A. Ardabili, M. Avhadi, A. Tabrizi, G. Burhaneddin, S. I. Khatai, M. Fuzuli, M. V. Vidadi, G. Zakir, A. Nabati, C. Mammadguluzade, M. A. Sabir, S. Vurgun, O. Sarivalli, H.Arif and dozens of other artists were examined in the context of folklore and written literature and interesting considerations were made. Poems written by R. Efendizadeh for children also come to the fore with their basic texture and require various aspects of analysis.
As a follower of M. F. Akhundov's literary school, the literary heritage and scientific-pedagogical activity of the artist is rooted in the riches of the late 19th and early 20th centuries and is connected to fundamental ideas in the course of ethnic self-expression. His poetic heritage, prose, and dramaturgy are irreplaceable with their educational content in terms of being rooted in solving the problems of the time.
Keywords: folklore, written literature, children's poetry, fable, anecdote, fairy tale, parable, narrative