DOI: https://doi.org/10.36719/2706-6185/37/70-78

Ələviyyə Nuri

Naxçıvan Dövlət Universiteti

doktorant

mayisnuri422@gmail.com

https://orcid.org/0000-0003-4219-1071


MÜASİR DÖVRDƏ İCTİMAİ TƏRƏQQİ VƏ DİLİN İNKİŞAFI


Xülasə

Müasir ingilis dilinin tədrisində, onun yeni kommunikativ, interaktiv və imitativ metod və üsullarından istifadə etməklə öyrənilməsində xüsusi dəyişikliklər müşahidə olunduğu üçün bu məqalə müasir ingilis dilinin inkişafının spesifik xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir.

Müasir dövrdə baş verən qloballaşma prosesi universal hesab olunur və həyatımızın bütün sahələrini əhatə edir. Qloballaşma prosesinin dilə təsiri danılmazdır. Qeyd etmək lazımdır ki, qədim zamanlardan müasir dövrlərə qədər dünyanın bütün dilləri müxtəlif səviyyələrdə, əsasən iki proses: diferensiallaşma və inteqrasiya nəticəsində inkişaf etmişdir. Dil sosial hadisədir və insanlar arasında əsas ünsiyyət vasitəsidir. XX əsrin sonu  ̶  XXI əsrin əvvəllərində ən çox yayılmış dillər ingilis və çin dilləridir. 1,5 milyard insan hər iki dildən istifadə edir. Çin dilini öyrənmək çətin olduğundan, ingilis dili dünyada qlobal dil hesab olunur. 2050-ci ilə qədər dünya əhalisinin 50 %-dən çoxu ingilis dilində danışacaq.

Bu məqalədə hər bir xalqın mədəniyyəti və tarixi ilə bağlı ədəbi dilin inkişafını tənzimləyən, illər keçdikcə təkmilləşən qaydaları, o cümlədən müasir ingilis dilini zənginləşdirən və bununla da onun zənginliyini artıran informasiya-kommunikasiya texnologiyalarının gündəlik inkişafı araşdırılır. 

Məqalədə xüsusilə vurğulanır ki, mədəniyyətlərarası dialoq iki mədəniyyət arasında ünsiyyət deyil, onların sıx qarşılıqlı əlaqəsidir. Dil xalqın milli mədəni kodunun daşıyıcısı kimi insanların həyatında baş verən bütün əlamətdar hadisələri əks etdirir. İstənilən dilin milli-mədəni kodunun özü də leksik vahidlərdən ibarətdir. Mədəniyyətlərarası dialoq müxtəlif xalqların, mədəniyyətlərin və ölkələrin nümayəndələri, qrupları və təşkilatları arasında hörmətə əsaslanan qarşılıqlı ünsiyyəti əhatə edən bir prosesdir. Bu proses dilin lüğətinin inkişafına təsir göstərir.

Açar sözlər: qloballaşma, ədəbi dil, internet dili, mədəniyyət, mədəniyyətlərarası ünsiyyət


Alaviyya Nuri

Nakhchivan State University

Ph. D. student

mayisnuri422@gmail.com

https://orcid.org/0000-0003-4219-1071


Social progress and language development at present


Abstract

Since special changes are observed in the teaching of modern English, in its study using new communicative, interactive and imitative methods and techniques, this article is devoted to the study of the specific features of the development of modern English.

The process of globalization occurring in the modern era is considered universal and covers all spheres of our lives. The influence of the globalization process on language is undeniable. It should be noted that from ancient times to modern times, all languages of the world have developed at different levels, mainly as a result of two processes: differentiation and integration. Language is a social phenomenon and the main means of communication between people. At the end of the XXth and beginning of the XXIst centuries, the most common languages are English and Chinese. 1.5 billion peoples use both languages. As learning Chinese is difficult, English is considered a global language in the world. By 2050, more than 50 % of the world’s population will speak English.

This article examines the rules governing the development of the literary language, related to the culture and history of each nation, which are improved over the years, as well as the daily development of information and communication technologies, which enriches modern English and thereby increases its functionality.

The given article especially emphasizes that intercultural dialogue is not communication between two cultures, but their close interaction. Language as a carrier of the national cultural code of a nation reflects all significant events in people’s lives. The national cultural code of any language itself consists of lexical units. Intercultural dialogue is a process that involves mutual communication based on respect between representatives, groups and organizations of different nations, cultures, and countries. This process influences the development of language vocabulary.

Keywords: globalisation, literary language, internet language, culture, intercultural communication
MƏQALƏNİ YÜKLƏ [624.89 Kb] (yüklənib: 1)

Baxış: 26
Redaktə et
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail: info@aem.az